
"Biz sizə "inqridiyentləri" dəyişməyi, zorla məhbus deyil, azad xalq olmağı məsləhət görürük..."
Belarus sərhədçiləri ukraynalıları borşla şirnikləndirmək istəyib
Belarus sərhədçiləri ukraynalıları "Belarus borşu" ilə şirnikləndirməklə öz tərəfinə çəkməyə cəhd edib. Onlar audiomüraciət yazıb və onu Ukrayna ilə sərhəd məntəqəsinin yaxınlığında reproduktor vasitəsilə yayımlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "ura.news" nəşri yazıb.
Səs yazısında qadın səsi eşidilir, o, Ukrayna dilində ukraynalılara "yoldaş" deyə müraciət edir. Müraciətin əvvəlində vurğulanır ki, borş "unikal şərq slavyan yeməyidir" və "Avropa mətbəxlərində buna bənzər bir şey yoxdur".
Bu zaman qeyd edilir ki, Belarus və Ukrayna borşu arasında bir qədər fərq var. Ukrayna borşuna bir qayda olaraq lobya, Belarus borşuna isə daha çox kartof əlavə edilir.
"Sizin borş hazırlamaq üçün heç nəyiniz olmasa, biz tərəfə keçin, bizim Belarus borşumuzdan dadın. Peşiman olmazsınız", - mehriban qadın səsi çağırış edir.
Ukraynalıların cavabı özünü çox gözlətməyib.
"Sizin borşunuz bizimkindən çox fərqlidir. Çünki indi Belarus borşu hətta ona kartov əlavə etsəniz belə, daha çox Rusiyanın şisinə bənzəyir. O, sizin onun hazırlanması üçün istifadə etdiyiniz bıçağı ukraynalıların kürəyinə sancdığınız andan tamamilə dəyişib", - Ukrayna Dövlət Sərhəd Xidmətinin cavabında deyilir.
"Biz qul deyilik ki, sizin Belarus borşunuzu yeyək. Biz sizə "inqridiyentləri" dəyişməyi, zorla məhbus deyil, azad xalq olmağı məsləhət görürük. Borşa gəldikdə isə, onu özünüz yeyin, boğazınızda qalmasın", - ukraynalı sərhədçilər deyib.
Xatırladaq ki, bu gün Rusiya KİV-lərində Ukrayna, Rusiya və Belarus sərhədlərinin qovuşuğunda "Üç bacı" nəzarət-buraxılış məntəqəsində güclü partlayışın videosu yayılıb.
İlkin məlumatlara görə, Çerniqov vilayətinə aparan yolun bir hissəsi dağılıb. Rusiyalılar dəqiqləşdirib ki, yol "Ukraynanın diversiya-kəşfiyyat qruplarının Rusiyanın Bryansk vilayətinə soxulmasının qarşısının alınması üçün" sıradan çıxarılıb.





























