“Biz kəndimizin öz tarixi məkanında bərpa olunmasını istəyirik...”-Prezidentə müraciət
Oxunub: 3830
30 May 2023 | 13:49
“Biz kəndimizin öz tarixi məkanında bərpa olunmasını istəyirik...”-Prezidentə müraciət
“Laçın rayonu Ağanus kəndinin yaşı, fiziki gücü imkan verən hər bir sakini qolunu çırmalayıb bərpa işinə şəxsən öz zəhməti ilə qatılmağa hazırdır..."
 
“Ağanus kəndi  hazırda Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı”lara aid bölməsində gündəlik təqdim olunan dislokasiya xəritələrində köhnə Laçın “dəhlizi” ərazisində 2-ci post kimi göstərilir...”
 
"Biz öz babalarımızın qəhrəmanlıq ənənəsini davam etdirərək Ağanus kəndini yenidən öz yerində bərpa etmək və gələcək nəsillərimizin də orada yaşayışı üçün şərait yaratmaq əzmindəyik. Əgər bunun əksi olarsa, yəni Ağanus kəndinin sakinləri öz tarixi yerində yox, başqa, uzaq bir yerdə məskunlaşdırılarsa, bu, bizlərin qonşuluqdakı kəndlərdə erməni sakinlərin varlığından qorxub geri çəkilməmiz kimi də dəyərləndirilə bilər..."
 
Moderator.az redaksiyasına Laçın rayonu Ağanus kənd sakinlərinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevə müraciəti daxil olub. Müraciət müəllifləri tərəfindən onun ictimailəşdirilməsi xahişini nəzərə alaraq materialı olduğu kimi nəzərinizə çatdırırıq:
 
“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevə
 
Laçın rayonu Ağanus kəndinin sakinləri adından 
 
MÜRACİƏT
 
Cənab Ali Baş Komandan!
 
Sizi dəyərli vaxtınızı alaraq narahat edən 31 ildən çox müddətdə məcburi köçkün həyatı yaşayan Laçın rayonu Ağanus kəndinin sakinləri - Azərbaycan vətəndaşlarıdır. Sizin 28 mayda Laçın şəhərinə səfəriniz, şəhərə köçürülmüş ilk 20 ailə ilə görüşünüz, şəhərdəki quruculuq işləri ilə tanışlığınız, bundan öncə isə Laçın rayonunun bir neçə kəndinin bərpa təməlinin qoyulmasında iştirakınız  bizləri də tezliklə öz doğma kəndimizə köçürüləcəyimizə ümidləndirdi...
 
Bu müraciətimizdə məqsədimiz dədə-babalarımızın yüz illərlə yaşadığı və  30 ilə yaxın müddətdə məzarları işğalçılar tərəfindən tapdanmış olan kəndimizin gələcək taleyinin müəmmalı qalması haqda nigarançılığımızı diqqətinizə çatdırmaq və dövlətimizin dəstəyi ilə öz doğma kəndimizi bilavasitə öz əllərimiz, öz əməyimizlə bərpa edərək yenidən orada -dədə-babalarımızın düşmənlə savaşa-savaşa yaşamış olduğu eyni tarixi məkanda yaşamaq arzumuzu ifadə etməkdir.
Əvvəla, Ağanus kəndinin gələcək taleyinin müəmmalı olmasını izah edək. Belə ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Laçın rayonunun və keçmiş Dağlıq Qarabağın bir hissəsinə müvəqqəti yerləşdirilmiş Rusiyanın sülhməramlı sayılan kontingenti əraziyə daxil olan ilk günlərdən həmin kontingentin Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı bölməsində gündəlik təqdim olunan dislokasiya xəritələrində köhnə Laçın “dəhlizi” ərazisində 27-ci post kimi göstərilib.  2022-ci ilin sentyabrında ermənilərin gediş-gəlişi üçün yeni alternativ yol çəkilməsinə və razılaşmaya əsasən 2023-cü il aprelin 1-dən Rusiya “sülhməramlı”larının yeni yol ərazisinə keçməli olmasına rəğmən bu gün də əgər sözügedən xəritələrə diqqət etsəniz,  gündəlik olaraq Ağanus kəndi orada 2-ci post  kimi göstərilir.   Halbuki, Sizin də çıxışlarınızda  qeyd etdiyiniz kimi, artıq “Laçın dəhlizi” yox, “Laçın yolu” ifadəsinin işlənməsinin zəruriliyi baxımından Qarabağdan Ermənistana yeni yolun “dəhliz” statusundan danışmaq yersizdir.  Digər tərəfdən,  məsələ ondadır ki, hətta yeni yolda da dəhliz nəzərdə tutulsa belə, Şuşa rayonunun Şuşa şəhəri və Daşaltı kəndi istisna olmaqla, qalan bütün ərazisi 10 noyabr razılaşmasına əsasən Rusiya hərbi kontingentinin nəzarəti altındadır. Odur ki, alternativ yolun keçdiyi Şuşa rayonunun Onverst, Böyük və Kiçik Qaladərəsi kəndləri ərazisində artıq dəhliz yaratmağa ehtiyac yoxdur. Bu səbəbdən  Kiçik Qaladərəsindən, yəni alternativ yoldan  Laçın rayonunun qonşu Ağanus kəndi istiqamətində də 2,5 km-lik zolaqdan danışmaq məqsədəuyğun deyil. Çünki razılaşmaya əsasən dəhliz Şuşa ərazisindən deyil,  yalnız yolun Laçın rayonu ərazisindən keçən hissəsində verilə bilər. Yəni alternativ yolun  Şuşa rayonunun Böyük və Kiçik Qaladərəsi kəndlərindən keçən hissəsi boyu “dəhliz” anlayışı keçərsizdir. Bu mənada  Laçın rayonunun Ağanus, eləcə də Kəravuz və Fətəlipəyə kəndlərinin heç biri Rusiyanın “sülhməramlı” kontingentinin nəzarətində qala bilməz. Və həmin məntəqələr bu gün qeyd-şərtsiz Azərbaycan dövlətinin nəzarət və yurisdiksiyasına qaytarılmalıdır. Bunlara rəğmən Ağanus kəndi ərazisində hələ də Rusiya kontingentinin müşahidə-nəzarət postunun olması həmin kontingentin təxminən iki il yarımdan sonra ərazimizdən çıxarılmasınadək Ağanus kəndi sakinlərinin də sərbəst şəkildə öz yurdlarına qayıdıb, ən azı, öz dədə-babalarının məzarlarını ziyarət etməsi faktını da şübhə altına qoyur... Bəs əgər Rusiya “sülhməramlı” kontingenti daha 5 il ərzində Laçın yoluna nəzarət edəcəksə, o halda Ağanus kəndinin taleyi necə olacaq, biz öz doğma yurdumuza qayıdıb orada məskunlaşa biləcəyikmi?.. 
 
Cənab Prezident!
Artıq 10 noyabr 2020-ci il tarixli üçtərəfli  bəyanat-razılaşmasından  iki il yarımdan çox vaxt keçir. Azərbaycan, Ermənistan və Rusiya dövlət  başçılarının imzaladığı həmin bəyanatın 7-ci bəndində  açıq aydın yazılır: “Məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar”… Elə bəhs edilən bəyanata əsasən Azərbaycanın “Laçın dəhlizi” və Yuxarı Qarabağ torpaqlarının bir hissəsinə yerləşdirilən Rusiyanın “sülhməramlı” sayılan hərbi kontingenti ərazimizə daxil olan ilk günlərdən  44 günlük müharibə zamanı Ermənistana köçmüş erməniləri avtobuslarla geri – Xankəndinə daşımağa başladı. Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, 4-5 ay ərzində keçmiş Dağlıq Qarabağ ərazisinə 50 mindən çox erməni qaytarılıb. Düzdü, ola bilsin, bu rəqəm qəsdən şişirdilir. Amma, azı, 20 min nəfər erməni qaytarıblar. Əvəzində həmin “sülhməramlı”ların dəstəyi ilə bircə nəfər azərbaycanlı öz Yuxarı Qarabağda, yaxud ona bitişik ərazilərə qaytarılıbmı? Xeyr. Dövlətimiz bu günədək 500 nəfərədək soydaşımızı doğma yurdlarına yalnız öz gücü hesabına köçürüb. Məsələnin məğzi də ondadır ki, yalnız işğaldan tam azad edilmiş məntəqələrimizin əhalisi deyil, Rusiya kontingentinin nəzarətindəki ərazilərdə də yaşamış azərbaycanlılar da öz torpaqlarına qaytarılmalıdır. Bizim Ağanus kəndi də məhz keçmiş Dağlıq Qarabağ ərazisinə bilavasitə bitişik, həmsərhəd məkandadır...
 
 
Cənab Prezident! Məhz bu suallar bizi narahat etdiyi üçün bilavasitə Sizə müraciət etmək məcburiyyətində qaldıq. Və hesab edirik ki, Laçın rayonunun Ağanus kəndinin məhz öz tarixi yerində məskunlaşdırılması hərbi-siyasi və strateji baxımdan da müstəqil Azərbaycan dövləti üçün əhəmiyyətlidir. Bunu aşağıdakı obyektiv amillər də  təsdiqləyir: 
 
Birincisi, Ağanus kəndi keçmiş Dağlıq Qarabağ ərazisinə bitişik ərazidə olmaqla olduqca strateji məkandadır. Çünki kəndimiz həm Şuşa-Laçın yolunun hazırda da Rusiyanın nəzarətində qalan Laçın şəhərinin yaxınlığınadək olan hissəsinə,  həm Laçın şəhərinin özünə və bəlkə də ən başlıcası, Şuşa rayonunun ermənilərin çar Rusiyası dövründən məskunlaşdırıldığı və 1905-1906-cı illərdən bəri ətrafdakı azərbaycanlılar yaşayan bütün kəndləri təhdid altında saxlayan quldur, terrorçu yuvasına çevrilmiş Kiçik Qaladərəsi(keçm. Kirov) və Böyük Qaladərəsi kəndlərinə çox yaxın məsafədə yerləşir...
 
Qeyd edək ki, 1988-1992-ci illər ərzində Ağanus kəndi məhz adı çəkilən kəndlərə Ermənistandan və xaricdən toplanmış erməni terrorçuları tərəfindən daim təhlükə altında saxlansa da, son imkanadək duruş gətirə bilmişdir. Onu da vurğulayaq ki, 1990-cı ilin oktyabrında Ağanus kənd sakini Təvəkkül Məhərrəmov, 1991-ci ilin yanvarında isə Milli Qəhrəman jurnalist Salatın Əsgərova məhz Kiçik və Böyük Qaladərəsi kəndlərində toplanmış  erməni terrorçuları tərəfindən qətlə yetirilmişdir...
 
Onu da xatırlatmaq yerinə düşər ki, Ağanus kəndi 1905-1906-cı və 1918-1920-ci illərdə Rusiya imperiyasının dəstəkləyib silahlandırdığı erməni terrorçuları tərəfindən azı 3 dəfə dağıdılıb yandırılsa da, əhalisi didərgin salınsa da, hər dəfə də dədə-babalarımız düşmənə ciddi müqavimət göstərmiş  və qısa müddət sonra öz yurdlarına qayıdıb yağı hədələrindən çəkinməyərək yenidən kəndimizi tarixi yerində bərpa etməklə orada yaşayışlarını davam etdirmişlər... 
 
Cənab Ali Baş Komandan!
 
Bu mənada biz də öz babalarımızın qəhrəmanlıq ənənəsini davam etdirərək Ağanus kəndini yenidən öz yerində bərpa etmək və gələcək nəsillərimizin də orada yaşayışı üçün şərait yaratmaq əzmindəyik. Əgər bunun əksi olarsa, yəni Ağanus kəndinin sakinləri öz tarixi yerində yox, başqa, uzaq bir yerdə məskunlaşdırılarsa, bu, bizlərin qonşuluqdakı kəndlərdə erməni sakinlərin varlığından qorxub geri çəkilməmiz kimi də dəyərləndirilə bilər...
 
Məhz deyilənlər baxımından  yeni Laçın yolu ətrafındakı digər kəndlər kimi, Ağanus kəndi də nəinki Rusiya-Ermənistan nəzarətində qalmalı, əksinə, mümkün qədər tez məskunlaşdırılmalıdır ki, qonşuluqdakı ermənilər məskunlaşan Kiçik və Böyük Qaladərəsi kəndlərindən Laçın rayonu və şəhəri ərazisinə gələ biləcək mümkün təhlükələr öncədən neytrallaşdırılsın...
Ağanus kəndinin öz tarixi yerində bərpa olunmasının vacibliyini təsdiqləyən  ikinci amil həmin kəndin ərazisində düz  Şuşa rayonu, yaxud keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə sərhəd üzərində strateji 1784 metrlik Ağdaş(yaxud Dikdaş) yüksəkliyinin yerləşməsidir. Belə ki, bu yüksəklikdən həm Laçın şəhərini, hazırkı Şuşa-Laçın yolunu, həmin yol yanındakı ermənilər yaşayan Kiçik Qaladərəsi kəndi ilə yanaşı Böyük Qaladərəsi, Onverst, Göytala və s. kəndlərini, həm Qubadlı-Laçın yolunu,  eyni zamanda Ermənistan ərazisindəki Dığ, Gorunzur kəndlərini, həmçinin  2022-ci il sentyabrın 1-dən istifadəyə verilmiş Yuxarı Qarabağdan Ermənistana gedən yeni alternativ yolu nəzarətdə saxlamaq mümkündür... 
 
Üçüncüsü, 2020-ci ilin müzəffər 44 günlük savaşından sonra  Ağdaş yüksəkliyində “Azersel”in rabitə qulləsi qurulub və oraya Azərbaycan hərbi birləşməsi yerləşdirilib... Bu baxımdan da, yəni həmin yüksəklikdəki hərbçilərimizə mənəvi dəstək üçün yaxın məsafədə azərbaycanlılar yaşayan məntəqənin olması zəruridir. Çünki heç kəs zəmanət vermir ki, qonşuluqdakı Kişik və Böyük Qaladərəsi kəndlərində ermənilərin orada qalıb yaşayacağı təqdirdə, öncə dediyimiz kimi, tarixən terrorçu yuvası olmuş həmin kəndlər gələcəkdə də ətrafdakı kəndlərimizi, xüsusən də Laçın şəhərini təhdid altında saxlayacaq bir məkana çevrilməyəcək...
Dördüncüsü, Ağanus kəndinin “Turşsu” adlanan və Qubadlı-Laçın yolu üzərində yerləşən cənub hissəsində eyni adlı narzan tipli və müalicəvi əhəmiyyəti hələ öyrənilməmiş mineral bulaq yerləşir.  İşğaldan öncəki illərdə Laçına səfər etmiş yüksək vəzifəli şəxslər, eləcə də tanınmış ziyalı, şair, artistlər, aktyorlar və s. həmin məkanı çox yaxşı xatırlayarlar... Belə bir məkanda infrastrukturun qurulması, yaxınlıqda əhalinin yaşayışının təmin edilməsi vacibdir...
 
Beşincisi isə, Ağanus kəndinin guya relyefinin çətinliyi baxımından bərpasının çətin olacağına gəlincə, xatırladırıq ki, sovet dövründə kəndimizin ən yüksəklikdə yerləşən hissəsindəki evlər belə, daimi işıq, qaz və telefon rabitəsi ilə təmin olunmuşdur. Odur ki, hazırkı müasir texniki və texnoloji imkanlar baxımından ən yüksək dağ kəndinin bərpası belə, çətinlik yaratmamalıdır. Və öncə dediyimiz kimi, kəndimizin yaşı,  fiziki gücü imkan verən hər bir sakini qolunu çırmalayıb bərpa işinə şəxsən öz zəhməti ilə qatılmağa hazırdır...
 
Altıncısı, Ağanus kəndinin yerləşdiyi və sovet dövründə arıçılıq və heyvandarlıqla məşğul olan sovxozun olduğu əlverişli təbii məkan, bol su mənbələri orada sakinlərin kənd təsərrüfatı ilə məşğul olmasına və iş yerləri ilə təmin olunmasına şərait yaradır. Hətta meşələrimizdəki qoz, fındıq, digər meyvə və giləmeyvələrin olmasını nəzərə alaraq kənd ərazisində kiçik müəssisələrin də yaradılması mümkündür. Eyni zamanda gözəl mənzərəli təbiət, “Turşsu” mineral bulağının varlığı da orada istirahət və müalicə mərkəzlərinin də qurulmasına imkan verir...
 
Cənab Ali Baş Komandan! 
 
Sonda xahiş edirik ki, bütün sadalananları nəzərə alaraq müvafiq dövlət və hökumət qurumlarına Laçın rayonu Ağanus kəndinin gələcəyi barədə biz sakinlərin rəsmən məlumatlandırılması, eyni zamanda mütəxəssislərin iştirakıyla kənd ərazisinə köçəcək ailələrin sayına uyğun dəyərləndirilmə və qiymətləndirilmə aparılaraq dövlətimizin ayıracağı maliyyə və texniki dəstəyi və bilavasitə özümüzün də zəhməti hesabına kəndimizin məhz dədə-babalarımızın qanı ilə suvarılmış öz tarixi məkanında bərpa edilməsi üçün şərait yaradılmasına göstəriş verəsiniz.
 
Hörmətlə və öncədən təşəkkürlə:
 
Laçın  rayonu Ağanus kəndinin sakinləri".
 
 
 
Oxşar xəbərlər
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 16:49
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
26 Apr 2024 | 16:46
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
26 Apr 2024 | 16:42
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
26 Apr 2024 | 16:35
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
26 Apr 2024 | 16:32
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
26 Apr 2024 | 16:28
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:24
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
26 Apr 2024 | 16:19
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
26 Apr 2024 | 16:15
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
26 Apr 2024 | 16:10
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
26 Apr 2024 | 16:05
Xocalı al lalələrlə bəzənib - FOTO
26 Apr 2024 | 16:02
​Nazim Quliyev həbs edildi
26 Apr 2024 | 16:00
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
26 Apr 2024 | 15:55
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
26 Apr 2024 | 15:50
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
26 Apr 2024 | 15:46
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:37
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 06:20
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:37
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 06:20
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ