Arayik tamam çaşıb: Rusiyadan üz döndərir- Qərbdən sülhməramlı qüvvələri dəvət edir?..
Ekskluziv
4393
24 Apr 2023 | 08:24

Arayik tamam çaşıb: Rusiyadan üz döndərir- Qərbdən sülhməramlı qüvvələri dəvət edir?..

Azərbaycan tərəfinin Laçın-Şuşa-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsi qoymasından sonra həm Xankəndindəki, həm də İrəvandakı separatçı və revanşist niyyətli hayklar bərk təşvişə düşüb.
 
Dünən axşam bəyanatla çıxış edən Qarabağdakı baş separatçı Arayik Arutyunyan Rusiyanı 10 bəyanatlarının tələblərini yerinə yetirməyə çağırıb.
 
Moderator.az xəbər verir ki, Arayikin bu günlərdə guya Qərb ölkələrinə Qarabağa beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi xahişi ilə bağlı müraciət edəcəyi barədə informasiyalar yayılıb.
 
Bu  haqda erməni jurnalist Nairi Xoxikyan özünün “Facebook” səhifəsində paylaşım edib.
 
“Bir neçə ölkədəki ettibarlı mənbələrdən aldığım məlumata görə,  Artsax hakimiyyəti Rusiya tərəfinə aydın tələblə müraciət edəcək; ya blokada bir neçə günə götürüləcək, yoldakı düşmən keçid məntəqəsi yığışdırılacaq, ya da beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi xahişi ilə Qərbə müraciət ediləcək”- deyə erməni jurnalist yazır.
 
P.S. Moskvanın tulası olan Arayik, deyəsən, tamam çaşıb, öz ağalarını yaddan çıxarıb Qərbə müraciət etmək istəyir. Çox güman ki, bu da Kremlin tapşırığıyla Azərbaycanı dolayısıyla təzyiq altında saxlamaq üçün edilən növbəti manipulyasiyadır...
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər