Bizi sosial şəbəkələrdən izləyin:
Yevlaxda bir nəfərin ölümü ilə nəticələnən ağır qəza olub.
Moderator.az-ın məlumatına görə, hadisə Kövər kəndi yaxınlığında baş verib.
Belə ki, 1967-ci il təvəllüdlü Şakir Həsənovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.