DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib
316
13 May 2026 | 15:42

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

Futbol üzrə dünya çempionatı ərəfəsində İraq millisində viza problemi yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Shafaq News” nəşri İraq Futbol Federasiyasının üzvü Qalib Əl-Zəmeliyə istinadən məlumat yayıb.
 

Yığmanın 5 futbolçusu - İbrahim Bayeş, Mühənnəd Əli, Zeyd Tahsin, Heydər Əbdül-Kərim və Əli Əl-Hamadi ABŞ vizası ala bilməyiblər. İmtinaların müxtəlif səbəblərlə bağlı olduğu bildirilib.


Qeyd olunub ki, İraq Futbol Federasiyası məsələ ilə əlaqədar FIFA-ya müraciət etməyə hazırlaşır. Federasiya rəhbərliyi mundiala hazırlıq prosesində vacib hesab olunan futbolçuların probleminin qısa zamanda həllinə ümid etdiyini bildirib.

Xatırladaq ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialda ilk dəfə 48 ölkənin yığması mübarizə aparacaq. İraq millisi DÇ-2026-da Norveç, Fransa və Seneqalla İ qrupunda mübarizə aparacaq.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər