Rusiyaya qarşı Gəncə üsyanı…- “Gəncəlilərin topçularına rus polkovnik rəhbərlik edirdi…”
Oxunub: 4193
01 Jun 2022 | 10:49
Rusiyaya qarşı Gəncə üsyanı…- “Gəncəlilərin topçularına rus polkovnik rəhbərlik edirdi…”
“Bu döyüşlərdə canlı qüvvə, eləcə də silah-sursat və texnika sarıdan xeyli üstün olan qırmızı ordunun hücumlarının iflasa uğraması, Azərbaycanın digər bölgələrində silahlı üsyanların başlanması barədə xəbərlər mücahidlərdə qələbəyə inam hissi yaratmışdı…”
 
Moderator.az  Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin “Gəncə üsyanının bir günü” başlıqlı növbəti araşdırma yazısını təqdim edir:
“1920-ci il aprelin 28-də XI qırmızı ordu Azərbaycanı istila etdi. Bununla da Şərqin ilk demokratik dövləti – Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Lakin Azərbaycan xalqı müstəqilliyinin itirilməsi ilə barışmaq istəmirdi. İşğaldan cəmi bir neçə həftə sonra ölkəni silahlı üsyan dalğası bürüdü. Ən böyük üsyan 1920-ci il may ayının 24-də Azərbaycanın ikinci böyük şəhəri qədim Gəncədə baş verdi. Bu yazımız Gəncə epopeyasının bir günü – 29 may tarixi barəsindədir.
 
Üsyanın ilk dörd günü ərzində gəncəlilər şəhəri düşməndən təmizləyib onun bütün həmlələrini dəf etdilər. Şiddətli döyüşlərdə ağır itkilər vermiş ruslar Gəncəni almaq üçün yeni hücum planı hazırladılar. Həmin plana əsasən, 2-ci süvari korpusunun 18-ci süvari diviziyası cənubdan, Taman süvari briqadası qərbdən, 20-ci Penza atıcı diviziyasının 178-ci və 179-cu atıcı alayları şimaldan, 180-ci atıcı alayı və daşnak dəstələri isə şərqdən şəhərə daxil olmalı idilər. Əməliyyata təxminən 20.000–25.000 döyüşçü cəlb edilmişdi. Müqayisə üçün qeyd edək ki, o dövrdə Gəncə əhalisinin ümumi sayı 60.000 nəfərdən çox deyildi.
 
Haşiyə: 
 
Qırmızı ordunun 1920-ci ildəki ştat cədvəlinə əsasən, bir atıcı alayı 3.687 döyüşçüdən, bir süvari alayı isə 1.152 döyüşçüdən ibarət idi. Bir süvari briqadasında iki alay və 2.603 döyüşçü, bir süvari diviziyasında isə əsasən altı alay və 8.346 döyüşçü olurdu. Onu da vurğulamalıyıq ki, bolşeviklərin Azərbaycandakı hərbi hissələri məhz ştat cədvəlinə uyğun komplektləşdirilmişdi.
Mayın 29-da səhər saat 7-dən 9-dək davam etmiş güclü artilleriya hazırlığından sonra rus ordusu hücuma keçdi. Saat 13-də 178-ci və 179-cu atıcı alayları, eləcə də qırmızıların dəmiryol taboru şəhərin ucqar məhəllərinə daxil oldular. Lakin onlar burada şiddətli müqavimətlə qarşılaşdılar. Qanlı küçə döyüşləri başladı. Mücahidlər evlərin pəncərə və damlarından, tinlərdən atəş açaraq düşməni tələfata uğradır, onun sıralarında vahimə yaradırdılar. Hər bir evi hücumla almağa məcbur olan bolşeviklərin qüvvəsi tükənirdi. 
 
Mücahidlər təzyiqi gücləndirdilər. 178-ci alayın sol cinahını qoruyan dəmiryol taboru gəncəlilərin qurduğu pusquya düşdü. Bir neçə pulemyotun çarpaz atəşi taborun döyüşçülərini biçib-tökməyə başladı. Sağ qalmış qırmızılar döyüş meydanını tərk edib qaçdılar. Bununla da 178-ci alayın sol cinahı açıldı. Azərbaycanlılar dərhal həmin istiqamətdən alaya güclü zərbə endirdilər. Ağır itkilər verən bolşeviklər mühasirəyə düşəcəklərini anlayıb qaçmağa başladılar.
Gəncəçay üzərindəki körpünü tutmağa çalışan 180-ci alay və erməni daşnakları pulemyotların çarpaz atəşi altına düşərək böyük itkilər verdilər və hücumu dayandırdılar. Sonra işğalçılar aramsız yağışlar nəticəsində səviyyəsi qalxmış çayı üzərək keçmək istədilər. Lakin gəncəlilər tüfəng və pulemyot atəşləri ilə qırmızıları suda və sahildə məhv etdilər.
 
Şəhərin cənubundakı və qərbindəki bağlarda mövqe tutmuş mücahidlər isə 18-ci diviziyanın süvarilərini yaxına buraxıb onları güclü yaylım atəşi və əks-hücumla qarşıladılar. Üsyançılar bu istiqamətdə çoxlu pulemyot yerləşdirmişdilər. Düşmən ağır tələfata məruz qaldı. Qanına qəltan edilmiş 18-ci süvari diviziyasının salamat qalmış döyüşçüləri geri çəkildilər.
 
Bolşeviklərin bütün istiqamətlərdə hücumlarını dəf edən mücahidlər dəmiryol stansiyası və erməni məhəlləsi üzərinə hücuma keçdilər. Dəmiryol stansiyasının azad edilməsi düşmənin təchizat sistemini poza bilərdi. Lakin üsyançıların komandanlığı canlı qüvvənin məhdud olduğunu nəzərə alaraq artıq itkilərə yol verməmək üçün həmləni dayandırdı.
 
XI ordu qərargahının məlumatına əsasən, mayın 29-da, eləcə də sonrakı iki gün ərzində üsyançılar bolşeviklərin mövqelərini güclü artilleriya atəşinə tutub onları çox ağır tələfata uğratmışdılar. Gəncəlilərin artilleriyası həm də ona görə belə effektli fəaliyyət göstərirdi ki, onların topçularına təcrübəli rus artilleriyaçısı polkovnik Nikolayev rəhbərlik edirdi.
 
Bu döyüşlərdə canlı qüvvə, eləcə də silah-sursat və texnika sarıdan xeyli üstün olan qırmızı ordunun hücumlarının iflasa uğraması, Azərbaycanın digər bölgələrində silahlı üsyanların başlanması barədə xəbərlər mücahidlərdə qələbəyə inam hissi yaratmışdı. Bunu polkovnik Cahangir bəy Kazımbəyovun 30 may 1920-ci il tarixli əmrin məzmunundan da görmək olur: 
 
1. Bütün müəssisələr açılsın, adamlar öz vəzifələrinin icasına başlasınlar. 
2. Gəncənin qubernatoru vəzifəsinə İsrafilbəyov təyin olunur. O, dərhal vəzifəsinin icrasına başlasın. İnzibati vəzifələrə xalqın etimad bəslədiyi şəxsləri təyin etmək yolu ilə quberniyada asayiş bərpa edilsin.
3. Şəhərin polismeysteri sahə pristavlarını və şəhər polisinin əməkdaşları xidmətə çağırmaqla şəhərdə qayda-qanun yaratsın. 
4. Polismeysterə tövsiyə edirəm ki, fərdi ticarət köşklərini və xırdavat dükanlarını açdırsın. 
5. Qarətlərdə, casusluqda və təxribatçı şayiələrin yayılmasına ifşa olunmuş bütün şəxslər Dəstə rəisinin hökmü ilə dərhal güllələnsin. 
6. Bütün zabit və əsgərlər elə bu gün kazarmalarına qayıtsınlar.
7. Bolşeviklərdən müsadirə olunmuş, xəzinədarlıqda saxlanılan pulun mövcudluğunun yoxlanılması məqsədilə Adil bəy Zülqədərovun rəhbərliyi altında Hidayət Niyazovdan və Nağı bəy Xasməmmədovdan ibarət komissiya təyin edirəm.
8. Komissiya mayın 30-da işə başlasın və nəticələrini mənə məruzə eləsin.
P.S. Gəncə üsyanının bir günü də belə başa çatdı. Azərbaycan tarixinin həm faciəli, həm də şanlı səhifəsi olacaq daha yeddi gün isə hələ qabaqda idi…” 
 
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
 
Oxşar xəbərlər
14:28, Bu gün
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
14:27, Bu gün
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
14:23, Bu gün
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
14:18, Bu gün
Gənc oğlan arvadının başqa kişilərlə gəzdiyindən şübhələndi, həyətə çağırıb... – Şok təfərrüat
14:14, Bu gün
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - FOTO
14:10, Bu gün
Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO
14:06, Bu gün
AFFA “Qarabağ” klubunu cərimələyib
14:02, Bu gün
Türkandan plastik əməliyyatını tənqid edənlərə: "Geridəqalmışlar"
13:59, Bu gün
Bakıda körpə pəncərədən düşərək ölüb
13:54, Bu gün
Vəkil: “Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal etdikdən sonra bu ərazilərə iddia edib”
13:49, Bu gün
İranda bir gündə dörd məhbus edam edildi: Biri qadındır - FOTO
13:45, Bu gün
Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?
13:44, Bu gün
Əliyevlə Şoltsun təkbətək görüşü başladı
13:41, Bu gün
İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
13:39, Bu gün
Vəkil: “Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır”
13:37, Bu gün
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı - FOTO
13:33, Bu gün
Sabah 32 dərəcə isti olacaq - PROQNOZ
13:29, Bu gün
Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”
13:26, Bu gün
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
13:24, Bu gün
Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”
13:21, Bu gün
Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edildi
13:19, Bu gün
“17 il ərzində 5 dəfə onu ölümün caynağından çıxartdım, deyirdi ki, yubileyimi görməyəcəm” - Sənətkarın qızı - FOTO + ÖZƏL
13:14, Bu gün
Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
13:10, Bu gün
Azərbaycanın kirayənişinini BU 3 ÖLKƏ silahlandırır - Millət vəkilindən İLGİNC YAZI
13:05, Bu gün
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:01, Bu gün
Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb
12:59, Bu gün
BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
12:55, Bu gün
Bərdədə narkomaniya və erkən nikahla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO
12:50, Bu gün
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:47, Bu gün
Vidadi İsayev Bərdənin Qaradəmirçi kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
12:43, Bu gün
Laçın və Zabux sakinlərinə məşğul ola biləcəkləri 40-dan çox peşə təqdim edilib
12:40, Bu gün
Türkiyəli general: “Monitorinq Mərkəzi atəşkəsə nəzarət missiyasını uğurla davam etdirib”
12:37, Bu gün
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:34, Bu gün
Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB
12:30, Bu gün
Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”
12:26, Bu gün
Rusiyalı general: “Ağdamdakı monitorinq mərkəzi üç ölkə hərbçilərinin uğurlu əməkdaşlığının nümunəsidir”
12:23, Bu gün
“COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”
12:20, Bu gün
Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab: “Açıq siyasi sifarişdir”
12:18, Bu gün
Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”
12:15, Bu gün
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifələrinin öhdəsindən layiqincə gəldi”
12:12, Bu gün
İlham Əliyev: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
12:09, Bu gün
“Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir” - Kamaləddin Qafarov
12:05, Bu gün
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlandı - FOTO
12:00, Bu gün
COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşüb - FOTO
11:56, Bu gün
Bakıda təhlükəli anlar: Qaydaları pozub qəza törədən sürücü hadisə yerindən qaçdı - ANBAAN VİDEO
11:52, Bu gün
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib - FOTO
11:47, Bu gün
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
11:42, Bu gün
Bu gün Mir Cəlal Paşayevin doğum günüdür
11:38, Bu gün
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü
11:33, Bu gün
Milli ideyaların yaranması istiqamətində UNEC-də növbəti ictimai müzakirə: "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan" - FOTO
11:28, Bu gün
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
11:25, Bu gün
Azərbaycanda latın əlifbası ilə yazılan ilk əlyazmanın saxlanıldığı muzeydən REPORTAJ - FOTO
11:23, Bu gün
Ana 3 yaşlı qızını caduya görə öldürdü
11:20, Bu gün
XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub - FOTO
11:19, Bu gün
İranda dörd məhkum edam edilib
11:17, Bu gün
Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı - SƏBƏB MƏLUM DEYİL - VİDEO
11:15, Bu gün
Ukrayna Silahlı Qüvvələrinin məşhur qadın snayperi öldürülüb
11:11, Bu gün
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
11:08, Bu gün
Bakıda evdə meyit tapılıb
11:00, Bu gün
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
10:55, Bu gün
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür
10:52, Bu gün
Ukraynada sabiq nazir həbs edilib
10:49, Bu gün
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
10:48, Bu gün
İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını nəzərdən keçirir
10:41, Bu gün
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
10:39, Bu gün
Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib
10:36, Bu gün
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
10:33, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
10:20, Bu gün
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edilib
10:18, Bu gün
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
10:15, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:12, Bu gün
36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb
10:12, Bu gün
ABŞ-də ilk dəfə insana süni ürək və donuz böyrəyi implantasiya edilib - FOTO
10:11, Bu gün
Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO
10:10, Bu gün
Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü - FOTO
10:08, Bu gün
Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var
10:05, Bu gün
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək
10:00, Bu gün
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
10:00, Bu gün
Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
09:55, Bu gün
Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər
09:50, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
09:46, Bu gün
Millət vəkilinə ağır itki
09:37, Bu gün
Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO
09:29, Bu gün
"iPhone" satışları rekord səviyyəyə düşüb
09:23, Bu gün
Aprelin sonu iki bürcə ciddi problemlər gətirəcək
09:18, Bu gün
Dəhşətli avtobus qəzası: 13 ölü, 40 yaralı var
09:11, Bu gün
Türkiyənin nüvə dövlətinə çevrilməsi niyə əngəllənir?
09:00, Bu gün
Azərbaycanda general vəfat etdi
08:47, Bu gün
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
08:36, Bu gün
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
08:24, Bu gün
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
07:53, Bu gün
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
07:45, Bu gün
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
GÜNLÜK
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:04
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:04
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO