Premyerada Avstraliyanın məşhur akrisası, İsveç kralı və kraliçası iştirak edib
Əfsanəvi ABBA qrupundan xəbər var...
Mayın 26-da İsveçin ABBA qrupu tam tərkibdə Londonda özünün "ABBA Voyage" qoloqrafik şousu günündə ictimaiyyət qarşısına çıxıb. Tədbirdən fotoları EPA fotoagentliyi dərc edib.
Qrupun iştirakçıları Aqneta Feltskoq, Byorn Ulveus, Benni Anderson, Anna Frid Linqstad sonuncu dəfə bu tərkibdə 14 il öncə ictimai tədbirdə görünüb.
Moderator.az xəbər verir ki, bu barədə BBC nəşri məlumat verib.
Şounun qoloqrafik formatı ABBA solistlərinin əvəzinə onların "ABBAtarlar" adlı rəqəmsal surətləri çıxış edəcək.
Virtual ifaçıların yaradılmasında məşhur Hollivud kinorejissoru, "Ulduz müharibələri" kinoepopeyasının yaradıcısı Corc Lukas iştirak edib.
Şounun premyerasını Avstraliya aktrisası Kayli Minouq, İsveç kralı Karl Qustav və kraliça Silviya ziyarət ediblər.
ABBA pop-musiqi tarixində ən uğurlu qruplardan biridir, onların albomları dünya boyunca 350 milyon nüsxədən artıq yayılıb.
ABBA qrupu 1972-ci ildə yaradılıb və 10 il ərzində mövcud olub.
Kollektiv öz adını iştirakçıların adlarının baş hərflərindən götürüb:
A qneta Feltskoq,
B yorn Ulveus,
B enni Anderson,
A nni-Frid Linqstad.
Qrup kontinental Avropanın aparıcı ingilisdilli ölkələri - ABŞ, Böyük Britaniya, Kanada, İrlandiya, Avstraliya və Yeni Zelandiyanın hit-paradlarında ilk təmsilçisi olub.
Musiqi mədəniyyəti sahəsində görkəmli xidmətlərinə görə 2010-cu ilin martında qrup rok-n-rolun Şöhrət zalına daxil edilib.
1982-ci ildə ABBA qrupu fəaliyyətinə son verib.
2000-ci ildə musiqiçilərə yenidən birləşmək və dünya üzrə turneyə çıxmaq üçün bir milyard dollar təklif edilsə də, onlar bundan imtina edib.
2021-ci ildə 40 illik fasilədən sonra ABBA qrupu özünün yeni "Voyage" albomunu buraxıb. Bu, qrupun diskoqrafiyasında doqquzuncu albomudur.