“Ölkəmizdə Vətən müharibəsi ilə bağlı gözəl əsərlər yaranıb”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili, akademik Nizami Cəfərov bildirib. Millət vəkili bununla bağlı konkret nümunələr gətirib:
“Səyyad Aranın əsərləri dediklərimə nümunədir. Onun əsərlərində xalqımızın necə mübarizə apardığı, necə qalib gəldiyini görmək mümkündür.
Yunus Oğuzun da bu yöndə yaxşı əsərləri yarandı. Şəhidlərlə bağlı yaxşı əsərlər ərəsəyə gətirildi. Şəhidlərimizlə bağlı Adilə Nəzərin yaxşı şeirləri var. Güləmailin çox gözəl poemaları yarandı. Adilə Nəzərlə Güləmail hər bir şəhidin evlərinə getdilər və hər bir şəhid üçün şeir yazdılar.
Bizim ədəbiyyatımızında Vətən müharibəsi ilə bağlı həqiqətlər artıq əks olunmaqdadır. Ancaq təbii ki, zamanla daha əhatəli və daha çox əks olunacaq”.
Seymur ƏLİYEV