"Bir-birini didməyə hazır olan xoruzlar..."
Oxunub: 2993
06 Dec 2013 | 10:04

                                                                             

                                        “MİŞA DAYI"



  Mikayıl Qarayev əsgəri xidməti Sibirdə çəkmişdi. Onun həyatının sonrakı dövrü də şimal şəhərlərindən biri ilə bağlı olmuşdu. Mən Mikayıl Qarayevlə tanış olduğum günü bütün təfərrüatı, dəqiqliyi ilə indi də xatırlayıram.

     Onda universitetin ikinci kursunda oxuyurdum. Bu yad şəhərdə heç bir qohum-əqrəbam yox idi. Qəribçilik hissi məni üzürdü.  

     Yaxşı xatırlayıram, yaz vaxtı, bazar günü idi. Şəhər parkındakı skamyada əyləşib kitab oxuyur, imtahana hazırlaşırdım. Günəşli, sakit  bir gündü. Cökə, qovaq, küknar ağaclarının ətri nədənsə mənə arı şamından yenicə süzülən bal ətrini xatırladırdı. Bu ətir mənə uşqlıqdan tanış idi.

      Parkda əsasən yaşlı adamlar və arabacıqda uşaq gəzdirən gənc qadınlar gözə dəyirdi. Günün ikinci yarısı idi. Qəfildən elə bi ki, hava dəyişdi, bağda cavanların hay-küylü bir dəstəsi peyda oldu. Çox güman ki, onlar hansısa məclisdən qayıdırdılar. Keflərinin duru olduğu o dəqiqə bilinirdi. Dəstənin önündə gedən sarışın, keçəl, gödəkboylu bir oğlan gitara çalır, o biriləri xorla oxuyurdu. Dəstədə qızlar da var idi. Onlar əyləşdiyim skamyanın önündən keçəndə qızlardan biri gülə-gülə mənə söz atdı:

    -Ey, yadplanetli, özünü günün altında niyə yandırırsan, gəl qoşul bizim dəstəyə.

    Mən özümü eşitməzliyə qoydum.

    Gitaraçalan mənə yaxınlaşıb başımın üstündə dayanaraq oxumağa başladı. Onun oxuduğu mahnının, daha doğrusu çastuşkanın sözləri, bayağı jarqonlarla dolu idi. Oğlanlardan biri gitaraçının qolundan tutub kənara çəkmək istəyirdi. Amma keçəl öz işində idi, vəcdə gəlib daha şövqlə oxuyurdu. Bu sərxoş dəstənin xofu mənim canımı bürümüşdü.  Bilirdim ki, bir himə bənddilər, nəsə bir söz desəm qollarının gücünü göstərməyə çalışacaqlar. Görünür, onlar mənim təhər-tövrümdən bu şəhərdə qərib, gəlmə adam olduğumu hiss etmişdilər.

   Canımı dişimə tutub yalandan gülümsəməyə çalışır, oxunan mahnının ritminə uyğun olaraq başımı astaca yellədirdim.

   Gitara qəfildən susdu. Keçəl oğlan pişik gözlərinə oxşar yamyaşıl gözlərini üzümə dikib dedi:

   -Bəlkə bir rəqs edəsən, əziz dost. Hansı havanı istəyirsən?

   Dəstədəkilərin çoxu qəhqəhə çəkib güldü.

   Yaman yerdə axşamlamışdım. Dilim topuq vura-vura dilləndim:

   -Mən təəssüf ki, oynaya bilmirəm.

   -Oynayarsan, oynayarsan... Oynamasan, biz özümüz sənə oynamağın qaydasını öyrədərik.

   Mən, təbii ki, oynamağı bacarırdım, amma ta belə şəraitdə, bu cür “şərtlər” altında yox.

   Oğlan gitaraya təzədən dəm verdi.

   Mən bayaqdan oxuduğum kitabı qoltuğuma vurub ayağa durdum. Yox, oynamaq istəmirdim, sadəcə olaraq bu qanmazı başa salmaq istəyirdim.

   Yaşılgöz məni diqqətlə süzüb dedi:

   -Hə, buyur, indi meydan sənindir.

   Mən yerimdə donub qalmışdım. Bu anlarda nə edəcəyimi bilmirdim.

   Adamlarsa yanımızdan laqeydcəsinə ötüb keçirdilər.

   -Dedim ki, mən oynaya bilmirəm və buna görə də oynamaq fikrim yoxdur...

   Biz oğlanla döş-döşə dayandıq. Mənə elə gəlir ki, biz o anlarda bir-birini didməyə hazır olan dalaşqan xoruzlara bənzəyirdik.

   Elə bu əsnada mənə ilişən bu “şən” dəstəyə iti addımlarla ucaboy, gur xurmayı saçları alnına tökülmüş, qırxbeş-əlli yaşlarında bir kişi yaxınlaşdı.

   -Volodya, utanmırsan, bu uşaqdan nə istəyirsən?..

    Dəstənin üzvləri geri çəkildi, Volodya deyilən keçəl oğlan kişini görüb cəld geri çəkildi. İndi oğlan başını aşağı dikmişdi, guya ki, utanırdı.

   Kişi əlini onun çiyninə qoyub ucadan dedi:

   -Bura bax, əgər Qriqori Vasilyeviç bu hərəkətindən xəbər tutsa, sənə yaxşıca qulaqburması verəcək. Sənin istəyin nədir axı?

    Sonra kişi üzünü mənə tutdu:

   -Nədir, nə olub, bunlar səndən nə istəyirlər?

   Mən dodaqaltı mızıldandım:

   -Heç, elə-belə... Bunlar çalıb-oxuyurdular...

   Kişi nəsə duyubmuş kimi gülümsədi:

   -Sən biz tərəflərin adamına oxşayırsan. Deyəsən, gəlməsən, yerliyik. 

   -Mən Azərbaycandanam...

   Kişi əlini mənə sarı uzadıb doğma, şirin bir ləhcədə:

   -Elə isə tanış olaq, mənim adım Mikayıldır, Mikayıl Qarayev,-dedi.

   Mən də özümü təqdim etdim.

   Uşaqlar diqqətlə bizə baxırdılar.

   Volodya təəccüblə kişinin üzünə baxıb soruşdu:

 -Mişa dayı, sən bunun dilini haradan bilirsən?

 Kişi güldü.

 -Bu, mənim öz doğma dilimdir. Volodya, arxayın ola bilərsən, mən

sənin bu işlərin barədə QriqoriVasilyeviçə heç nə deyən deyiləm. Amma bir şərtlə, gərək mənim bu gənc həmyerlimə əl verəsən, onunla barışasan, olsun ki, gələcəkdə siz lap dost oldunuz. Bizim xalq dostluqda çox etibarlı olur.

  Keçəl oğlan dinməz-söyləməz əlini irəli uzatdı:

  -Vladimir...

 Mən də əlimi ona sarı uzadıb öz adımı dedim.

 Həmin adları ona görə indiyəcən xatırlayıram ki, sonralar bu

adların sahibləri ilə yaxından tanış oldum, hətta  Volodya mənim etibarlı dostlarımdan birinə çevrildi.

   Dəstə bizdən aralanandan sonra Mikayıl Qarayev mənim qoluma girib iş-gücümlə maraqlandı. Tələbə olduğumu, burada təhsil aldığımı eşidəndə sevındı.  

  -Hə, bu başqa məsələ. Mən də burada ali təhsil almışam. Əsgərlikdən sora qaldım, universitetə girdim. İndi maşınqayırma zavodunda baş texnoloqam. Bayaq sənə ilişən Volodyanın atası  QriqoriVasilyeviç mənim həm iş yoldaşımdır, həm də qonşum. Volodya pis uşaq deyil, texnki peşə məktəbini bitirib, bizim zavodda tornaçıdır, amma arabir içməyi var, işləri bu korlayır...

    Mikayıl Qarayev mənə ev və iş telefonunun nömrəsini verdi. Yaşayış yerimlə maraqlandı. Mən yataqxanada yaşayırdım. Orada hər şeyin normal olduğunu dedim.

    Mənim təzə tanışım şəhərin hörmətli adamlarından biri imiş. O, adamları özünə maqnit kimi çəkirdı. Tanıyanlar onu sevir, onunla hesablaşırdılar. Bir müddətdən sonra mən Mikayıl Qarayevin evinə gəlib-getməyə başladım, onun ailəsi, dost-tanışları, yaxın çevrəsi ilə tanış oldum. İndi mən də ona məhəllənin uşaqları kimi “Mişa dayı” deyə müraciət edirdim.

   Mikayıl Qarayev mənə dərs deyən müəllimlərin bir çoxunu tanıyırdı. Açığını deyim ki, həmyerlimlə müəllimlərimin dostluğu bəzi  imtahanlarda mənim karıma da gəlirdi.

  Mən onun evinə tez-tez gedib zəhlə tökmək istəmirdim. Doğrusu, bundan bir az da utanırdım. Amma insaf naminə deməliyəm ki, Mikayıl Qarayevin təkcə özü yox, elə arvadı Vera xala, qızı Sveta da mənə xoş üz göstərir, əllərindən gələn hörməti əsirgəmirdilər.

    Vera xala evdar qadın idi.

    Sveta isə ali məktəbdə təhsil alırdı. O, gələcəkdə mühəndis olub atasının yolunu davam etdirmək istəyirdi.

  Hiss edirdim ki, “Mişa dayı” mənim Sveta ilə münasibətimə ciddi diqqət yetirir. O, bəlkə də ürəyinin dərinliyində mənim gələcək həyatımın öz qızı ilə bağlanmasına ümid edirdi. Mənə elə gəlirdi ki, elə Vera xala da qızla mənim xoş ünsiyyət qurmağımıza çərait yaradırdı.

Sveta çox ciddi qız idi. Qısa, yığcam danışmağı xoşlayırdı. Müsahibini eynəyinin altından iti, sərt nəzərlərlə süzərdi. Qətiyyən zarafat etməyi xoşlamazdı. Qızın elə mənimlə münasibəti də bu cür idi: ciddi, ölçülü-biçili, soyuq. Mən bu münasibətin əvəzində hansısa daha sərfəli, daha əlverişli bir təşəbbüsdə bulunmaq fikrində deyildim. Nə olsun ki, onun atası ilə xoş münasibətim vardı? Bəlkə Sveta kimisə sevir, kiməsə ehtiram bəsləyir... Onun Sibirin özü kimi sərt təbiəti vardı və bu, mənim, cənub adamının coşqun, qaynar “havasına” qətiyyən uyğun gələ bilməzdi. Deyəsən, bunu onun valideynləri də hiss edirdilər. Lakin nə “Mişa dayı”, nə də Vera xala mənə olan münasibətlərini heç zaman dəyişmədilər və mən o ailənin hər zaman arzuolunan qonaqlarından biri idim. 

  Mən boş vaxtlarımda, möhkəm dostlaşdığım Volodya ilə, gənclərin klubda təşkil etdikləri tədbirlərində olur, tələbə dostlarımla şəhər kənarına köbələk yığmağa gedirdim. İdman yarışlarından da qalmırdım.

  Zaman hissolunmadan ötüb keçirdi.

  İndi də xatırlayıram, mən dövlət imtahanlarını verib diplom alarkən Mikayıl Qarayev bu münasibətlə restoranda böyük bir qonaqlıq verdi. Məclisdə “Mişa dayı”nın ailə üzvləri və yaxın çevrəsindəki adamlar, bir də ki, mənim tələbə dostlarım iştirak edirdilər. Volodya gitarada çalır, cavan cütlüklər rəqs edir, qonaqlar yeyib-içir, tost deyirdilər. Məclisin canı və aparıcısı isə, təbii ki, Mikayıl Qarayevin özü idi.

   Mən Sibirdə təhsilimi başa vurandan sonra qayıdıb vətənə gəldim. Arabir  “Mişa dayı” ilə telefonda danışır, Sibirə gedib-gələn tanışlarla  salam göndərirdim. Hətta, ona bir neçə dəfə nar bağlaması göndərdim, bilirdim ki, o, bu cənub meyvəsi üçün sinov gedir. Hərdən Volodya ilə zəngləşirdim, bir dəfə o, mənə dedi ki, Sveta işlədiyi zavodda bir mühəndis həmkarı ilə ailə qurub və nədənsə tezliklə də ayrılıb. Mən sonralar qızın xəstələndiyini eşitdim. Amma zəngləşəndə “Mişa dayı” nədənsə qızı haqda heç nə demir, hər dəfə təkcə Vera xalanın salamını yetirirdi.

    Vaxt keçdikcə bizim münasibətlər məndən və Mikayıl Qarayevdən asılı olmayaraq tədricən səngiməyə, seyrəlməyə başladı. Sonra elə bir vaxt gəldi ki, hər şey Sibirin havası kimi soyudu, bizim əlaqələrimiz qırıldı. Telefonlarımız, ünvanlarımız, iş yerlərimiz dəyişdi. Mən  ailə qurdum, artıq mənim üçün əlçatmaz olan Sibiri yalnız arabir yuxularda görürdüm. Bu qarlı-şaxtalı yuxularda adətən Sveta həmişə bəmbəyaz buz kürkdə olurdu. Bu görkəmi ilə o qar qıza oxşayırdı. Zalım qızı yuxuda da buz kimi sopsoyuq idi və bir zamanlar olduğu kimi yenə eynəyinin altından sərt nəzərlərlə məni süzür, bir kəlmə də danışmırdı.

   ... Bu yaxınlarda həyətimizdəki tanışlardan biri rəhmətə getmişdi. Mən də qonşulara qoşulub mərhumun dəfn olunduğu yerə, yəni qəbristamlığa, getdim. Soyuq payız küləyi əsirdi. Mərhumun yaxınları cənazəni torpağa tapşıran zaman mən yaxınlıqdakı qəbirlərin başdaşına nəzər salmağa başladım. Diqqətimi üstünə təzə gül dəstəsi qoyulmuş bir qəbir cəlb etdi; qəbrin yanında iki kişi vardı. Mən əvvəlcə başdaşında mərhumun anadan olduğu və öldüyü tarixi oxudum. Belə məlum oldu ki, bu, yaxınlarda, daha doğrusu ötən il, rəhmətə getmiş adamın qəbridir. Başdaşının üstündəki şəkil mənə tanış gəldi, eləməyib tənbəllik qəbrə yaxınlaşdım. Mərhumun haqqıda yazılan “məlumatı” oxudum: “Mikayıl Qarayevə qardaşlarından”. Başdaşından mənə “Mişa dayı”nın tanış, gülümsər çöhrəsi baxırdı. Elə bil içimdən Sibirin qandonduran sərt soyuğu, sazağı keçdi.

    Qəbrin yanında heykəl kimi durub qəribə nəzərlərlə mənə baxan kişilərə yaxınlaşdım. Onların bir suyu mərhuma, yəni Mikayıl Qarayevə oxşayırdı.

  Mən irəli yeriyib ehtiyatla soruşdum:

  -Mərhum nədən rəhmətə gedib?..

  Qəbrin yanındakı kişilər əvvəlcə bir-birinə, sonra da mənim üzümə baxıb susdular.

   Mən onların təəccübləndiyini hiss edib dedim:

  -Mən vaxtilə Mikayıl Qarayevlə Sibirdə tanış olmuşam. Xeyirxah adam idi. Allah rəhmət eləsin.

   Kişilərdən biri zəndlə məni süzüb dedi:

   -Biz onun qardaşlarıyıq.- Sonra köksünü ötürüb əlavə elədi: -Mikayıl qızını Vətənə müalicəyə gətirmişdi...

   Mən dilləndim:

   -Svetanı?

   -Bəli. Qız sağalmaz xəstəliyə düçar olmuşdu. Dedik bəlkə burada sağala. Amma xeyri olmadı. Xəstəlik dərinə işləmişdi. Gələndən bir həftə sonra qız rəhmətə getdi. Təsəvvür edin, Sveta sübh tüzdən ölmüşdü, axşamsa Mikayıl canını tapşırdı. Qızın ölümünə dözə bilmədi, ürəyi partladı onun. Veraya xəbər göndərdik, gəldi. Biz həm Mikayılı, həm də Svetanı burada dəfn eləmək istəyirdik, amma Vera razı olmadı. O da öz əzizlərinin Sibirdə torpağa tapşırılmasını istəyirdi. Axırda belə qərara gəldik ki, Mikayıl burada dəfn olunsun, Sveta isə orada, Sibirdə. Belə də oldu. Bu gün Mikayılın anadan olan günüdür, gəldik ki, baş çəkək.

  Mən:

  -Allah rəhmət eləsin, qəbri nurla dolsun,-dedim.

   Bir daha “Mişa dayı”nın başdaşından boylanan şəklinə baxdım. Mənə elə gəldi ki, o, indi bu şəkildə bayaq olduğu kimi gülümsəmir, qaşqabaqlıdır.

  Soyuq payız küləyi daha da güclənmişdi.

 

     

 

 

 

 

 

 

 

 

 

Oxşar xəbərlər
18:55, Bu gün
Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
18:49, Bu gün
Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanılıb - YENİLƏNİB
18:44, Bu gün
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
18:42, Bu gün
"Netanyahunu öldürmək, İsraili yox etmək lazımdır!.."
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
GÜNLÜK
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!