Ölülərə bəraət verilirdi... -I məqalə
Oxunub: 2080
07 Sep 2018 | 10:03
Ölülərə bəraət verilirdi... -I məqalə


Məqalələr repressiyanın 80-illiyinə həsr olunur...

 

1937-ci ildən   80 il keçir...  Rəqəmlərin də rəng assosasiyası olur. “1937”    də “repressiya” sözü kimi qara rəngdədir. Mən inanıram ki, sözlərin canı, ruhu, çəkisi, bəxti gətirəni, udanı, uduzanı, dəbdə olanı, dəbdən düşəni var. “1937” rəqəmi və “repressiya” sözü qurğuşuntək ağır, yüklü, mənfiliklərlə dolu, qorxunc, uğursuzluqlar, ümidsizliklər, xəyanətlər məcmusu anlamında xatırlanır. 1937-ci il bizim keçmiş “ittifaqımız”da bütün inamların ölən tarixidir...  Həm də sirlərlə, gizlinlər, müəmmalar,  qeyri-müəyyənliklərlə dolu, güllə səsli, qaranlıqlarda taqqıldayan “troyka” addımlı mistik bir rəqəm ...

Cəmiyyət həyatının bütün sahələrini (siyasət, ədəbiyyat, iqtisadiyyat və s.) əhatə edən bu kəlmənin dəbə minən zamanı 1953-cü ildən başladı. İ.V.Stalinin ölümündən sonra... Sovet insanı Stalinin ölümünə sarsılmışdı. Stalinə ağlayanlar gözlərinin yaşını tam silməmiş təkcə  Stalinin məhv etdiyi seçilmiş, dəyərli insanlara yox, həm də repressiya maşınının qanlı dişləri arasında üyüdülüb yox olmuş insanlığa yas saxlamalı oldu. Sanki hamı bir-birini satıb oturmuşdu, heç kim dünənə qədər dost olduğu əziz adamlarının üzünə baxa bilmirdi...

1950-ci illərdə kitab yenidən açıldı. Köhnə yara təzələnmişdi. Ölülərə bəraət verilirdi... Xruşşov “redaktəsi” yeni bir çaşqınlıq yaratmaqda idi... Sovet insanı bu yenilənməyə, boşalma və yumşalmaya güvənib inamına yeni don geyindirdi...

 Sovet insanı düz yüz ildir (1917-ci ildən) aldadılır... Düz yüz ildir bu ölüb qurtarmayan, doğulduqca doğulan, artdıqca artan sovet insanı (əslində bolşevik təfəkkürü!) bizi də suallar qarşısında qoyur. Sovet insanının yaşı 70 il olmadı, bu insanın yaşı illə, ayla deyil, qanla, genlə çoxaldı. Bolşevizm qana, genə keçərək, nəsildən-nəsilə ötürülən irsi  xəstəliyə çevrildi. Bu insan Lenini, Stalini, M.C.Bağırovu analiz edib qurtara bilmir. Onları sevib, onlara pərəstişlə yanaşan, onlara haqq qazandıranları da zaman-zaman qarşımızda gördük... Şüuraltıda, “1937” rəqəminin və repressiya kəlməsinin qara pərdəsi arxasında  səbəbi əsaslandırılmayan bir sevgi yaşamaqdadır... Ümumiləşdirib desək, Stalin sevgisi...

Azərbaycan insanının yanaşmasına əsaslansaq, bu sevgiyə zidd olan bir nisgilli məhəbbət də var. Hüseyn Cavid sevgisi... Azərbaycanlılar üçün repressiya qurbanlarının ümumiləşmiş obrazı Cavid Əfəndidir... Yüzlərlə elm, siyaəsət, mədəniyyət adamı repressiya qurbanına çevrilsə də, ağıllara ilk gələn, “nümunə” ola biləcək ad Hüseyn Caviddir.

Və bir də biz varıq... 2017-ci ilin sonunda, XXI əsrin başında dayanıb özümüzə məxsus, subyektiv ittiham və bəraət “qanunlarımızla” hökm verən bizlər...

Çox qəribədir ki, repressiya (hətta ədəbiyyatda repressiya) siyasi hadisə, vaqiə, faciə olduğu halda Azərbaycan ictimai-siyasi, ədəbi-intellektual düşüncəsində bu ampluada təhlil edilmir. Bu gün repressiya haqqında sanki sırf ədəbilər, yazarlar danışmalıdır. Çox zaman köşələrdə, jurnalist araşdırmaları səviyyəsində fraqmentlər oxuyuruq. Qəflətən replika xarakterli ittiham mesajları yayımlanır. Köhnə repressiyalardan öz mənfətləri naminə yararlanan, kimlərinsə ata-babasını “sorğu-suala çəkib” övladını,  nəvəsini şantaj etmək niyyəti ilə yazılan yazılar da səngimək bilmir. Repressiya dövrünün hadisələri çox hallarda obyektiv analitik təhlillər, ictimai-siyasi reallıqlar əsasında deyil, subyektlərə (şair və yazıçılara) münasibət fonunda təhlilə çəkilir. Və bu zaman motiv daha çox bir konkret münasibət – H.Cavid və S.Vurğun şəxsiyyəti qarşılaşdırması metoduna köklənir. Bəzən elə yazılara rast gəlirsən ki, H.Cavidin, Ə.Cavadın, M.Müşfiqin və başqalarının  faciəli repressiya taleyi yaşamasının günahını  Stalin, Bağırov siyasətində yox, məsələn, elə S.Vurğunun sovet şairi olmasında görənlərə də təəccüb etməkdən başqa söz tapmırsan.  Və bir əsas məsələ həmişə unudulur. Repressiyaya məruz qalan adamlar özləri necə, bir-birləri haqqında mənfi rəy yaradan fikirlər söyləməyib ki? Səmimi etirafları (məsələn, R.Rza. “Qızılgül olmayaydı” popeması) belə səmimi qəbul etmək istəmirik. Pafoslu intonasiya ilə qəhrəmanlıq tələb edirik. Amma kimdən və hansı zamandan? 1937-ci ildən...

1930-cu illərin mətbuatı, arxiv sənədləri, həmin dövrdə yazıb-yaradan ədəbiyyat adamlarının ədəbi- bədii irsini vərəqlədikcə mənzərə aydınlaşır. 30-cu illərdə hökumətin öz siyahısı formalaşırdı. Bir şairin digərindən nəsə yazması, tərifi, ya tənqidi əsas götürülmürdü. Subyektlər prosesin detalına çevrilmişdi. Planlar Kremldə cızılır, ölüm hökmü qrafikləri İttifaq respublikalarının siyasi söz və güc qurumlarındakı silahlı adamlar tərəfindən reallaşdırılırdı. SSRİ-də repressiya tarixini müxtəlif rəqəmlər arasına alan araşdırmaçılar var. Məsələn, bəzi tədqiqatçılar bu dövrü 1921-1953-cü illə sərhədləyirsə, bəziləri də daha konkret hadisələrlə - Kirovun Smolnıda, iş yerində öldürülməsi və İ.V.Stalinin beyninə qan sızıb öldüyü tarixlə əlaqələndirib “1934-1953-cü il” miqyasında baxır prosesə....

“1934-cü il dekabr ayının 1-də Leninqrad vilayət partiya komitəsinin katibi S.M.Kirovun öldürülməsi SSRİ-də total repressiyaların başlanması üçün bəhanə, 1953-cü il mart ayının 6-da İ.Stalinin ölümü isə bu repressiyaların dayandırılması üçün səbəb oldu”. (F.Sabiroğlu)

1953-cü il bəraətləri təsəlli oldu, amma uzun müddət imkan verilmədi ki, tarix sənədlər əsasında vərəqlənsin, həqiqət ortaya çıxsın. İnqilabı edən də sovet hökuməti idi, repressiya tarixini yazan da, daha sonra ölümünə fərman verdiyi adamların anketinə elə yenə həmin möhürlə “bəraət” işarəsini həkk edən də... Öldürülmüş, sürgün edilmiş, ailəsi, nəsil-nəcabəti tar-mar olan əqidə adamlarının kağızlarda təsdiqlənmiş “bəraəti” zəif təsəlli idi. Üstəlik də həmin dövrün hadisələrini sona qədər açmaq şəraiti yaradılmadı. Repressiya qurbanlarına bəzən hətta təxəyyül və şaiyələr əsasında ölüm tarixi və səbəbi yazılırdı.

Ömrünün böyük bir hissəsini sovet elm tarixini öyrənmək işinə həsr edən türkoloq alim Fyodor Dimitriyeviç Aşnin (1922-2000) 1960-cı illərin əvvəllərində 1929-cu ildən Elmlər akademiyasının akademiki, 1934-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitunun müdiri olmuş Aleksandr Nikoloyeviç Samoyloviç və məşhur türkoloq alim, Azərbaycan Universitetinin professoru, SSRİ Elmlər Akademiyasının Azərbaycan bölməsində fəaliyyət göstərən Bəkir Çobanzadə haqqında məqalələr yazdı və yayımladı. Məlum oldu ki, “...illərlə A.N.Samoyloviçin ölüm tarixi olaraq, guya “həyatının son illəri” kimi uydurma 29 dekabr 1940-cı il sayılmışdır. Həqiqətdə isə illər yox, dörd aydan bir az çox yaşamış və güllələnərək öldürülmüşdür”. (F.D. Aşnin, V.M. Alpatov, D.M. Nasilov. “Məhv edilmiş türkoloqlar”. Ruscadan türk dilinə çevirəni Q.Çaxmaqlı)

Aşnin də yazırdı ki, arxivlərdə sərbəst şəkildə  işləmə imkanı yalnız “yenidənqurma” illərində mümkün oldu. Və qəribədir ki, bütün “günahkar”ların məhkəmə qovluğundakı sxemlər, məhkəmə prosesinin süjeti və hətta üzədurma ifadələri belə çox zaman eyniyyət təşkil edirdi. Məsələn, Rusiyada, Qazaxstanda və ya Azərbaycanda aparılan dindirilmələrdə sanki hamı eyni günah üstündə tutulmuş və eyni cür özünümüdafiə, etiraf və peşmançılıq cümlələri işlətmişdir. F.D.Aşnin Moskva Federal Təhlükəsizlik İdarəsinin Mərkəzi Arxivində Samoyloviçin P-9502 saylı mühakimə qovluğunu əldə edəndən sonra yazırdı: “Qovluq o qədər böyük deyil, bir cildi 197 səhifədən ibarətdir. O da başqalarından fərqli deyil. Bu kitabda qarşılaşacağımız eyni, standart sənədlərdir: həbs qərarı, həbsin əsas səbəbi, axtarış səbəbi, məhbusun anketi, “günah....” üstəlik iddianamə, məhkəmə sənədləri və hökm, qovluğun son hissəsində isə bəraət prosedurləri ilə bağlı sənədlər (bu sənədlər qovluğun böyük hissəsini əhatə edir)  Hamısında hər şey eyni və hamısında olmasa da, böyük əksəriyyətində daha bir sənəd: edam hökmünün yerinə yetirilməsinə dair sənəd...”

 

İllərlə davam edən, hətta 1941-1945-ci illər müharibəsi zamanı müvəqqəti dondurulan repressiya hərəkatı davadan sonrakı illərdə müxtəlif formalarda 1950 - ci illərə qədər sürdürüldü. Müharibə  “xalq düşmənləri” siyahısına (pantürkist, panislamist, millətçi, əksinqilabçı, trotskçi, xarici dövlətlərə işləyən agent, azərbaycanlılar üçün “ köhnə müsavatçı” və s.) yeni düşmənlər əlavə etməkdə idi. Almanlara əsir düşən sovet vətəndaşı geri dönə bilməzdi. İnqilablar, müharibələr bitirdi, stanilizm isə bitmirdi. Hər bir sovet vətəndaşı ölümə hazır vəziyyətdə dayanırdı sanki. Bu ölüm inqilab, müharibələr və Stalin qəzəbini soyutmaq yolunda olurdu. Repressiya zamanı fiziki qətliamların sayı nəzərə alınmırdı. Yəni “Neçə sovet vətəndaşı öldürüldü?” yox, “Neçə azad düşüncə, ideya cərəyanı sonlandı, bitdi?” - deyə düşünülür, hesablamalar aparılırdı. Millətlər kökündən ayrılmalı, tarixini unutmalı, partiya, mövqe seçimində ikinci bir yol haqqında düşünməməli, dünyada baş verən hadisələrdən xəbərsiz, Stalinin vətəndaşları üçün cızdığı düşüncə dairəsindən kənarda arzular qurmamalı idi və s. Allahı da əlindən alınmış insanlar Stalin bütü qarşısında sitayişə sövq edildi. “Ölüm”ün yeni çalarları, yeni “fəlsəfəsi” formalaşmaqda idi. Ölümə ruhlandırmalar bolşevik təşəkkürünü qoruma yolunda baş plana çevrilmişdi. Hər bir sovet adamı “qəhrəmancasına ölmək” xəyalı ilə yaşayır, fəqət çox zaman “manqurt” kimi ölürdü...

“Müharibədən sonra yerin altında qalan adamlar yerin üstündəki adamlardan çoxdu...  Biz də müharibənin sirrini tapmaq istəyirdik... Kənd uşaqları uzun müddət “alman” və “rus” oyunları oynayırdılar, alman sözləri qışqırırdılar: “Həndi xox!”, “Çuryuk!”, “Hitler kaput!”...  “Məktəbdə bizə ölümü sevməyi öyrədirdilər. Biz inşa yazardıq; yazardıq ki, kiminsə yolunda, nəyinsə uğrunda... ölmək istərdik... Arzulayardıq, xəyallar qurardıq...” (S.Aleksieviç)

Və sözsüz ki, repressiya maşınının az qala 70 il (bəlkə də daha çox) durmadan işləməsi S.M.Kirovun öldürülməsi səbəbindən olmadı. (F.Sabiroğlunun da yazdığı kimi bu ölüm  sadəcə “bəhanə” oldu.) 1934-cü ildə, dekabrın 1-də, Kirovun məzarı başında intiqam  andı içənlər bu qədər böyük qisas cihadına çıxa bilməzdi. Bir ölümə köklənən emosiya və qəzəbin bu qədər uzun yaşı olmaz... “Repressiya əsasnaməsi”nin daha konseptual, irimiqyaslı planlamaları əhatə edən maddələri vardı. Zor gücünə sovetləşdirilmiş respublikaları SSRİ adlı birlikdə (əslində “xalqlar həbsxanasında”) “böyük qardaş”a tabe vəziyyətdə, itaətdə və ətalətdə saxlamaq üçün ilk olaraq düşüncə mexanizmini, insanın şüurlu yaşam istəklərini, kökünə, milli kimliyinə bağlılıq gücünü məhv etmək lazım idi. Zəlzələ, qasırğa, tufan kimi qəflətən başımız üstünü alan “Böyük təmizləmə” əməliyyatı şair, jurnalist, dilçi qəhrəmanlıqları üçün şans yaratmadı...  “Başda Stalin olmaqla Kirovu son mənzilə yola salan bütün silahdaşları onun qanının yerdə qalmayacağına bütün sovet xalqı qarşısında söz verdilər. Kirovun ölüm xəbərindən bir neçə saat sonra Siyasi Büronun təcili yığıncağı çağırıldı və SSRI MİK-nin “1 dekabr qanunu” adını almış qərarı hazırlandı”.(F.Sabiroğlu)

Əsil müsibət də bundan sonra başladı...

 

12.12.2017.

Ardı var.

İradəMusayeva

 

 

Oxşar xəbərlər
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 19:03
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
27 Apr 2024 | 18:56
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:47
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 Apr 2024 | 18:45
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
27 Apr 2024 | 18:31
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
27 Apr 2024 | 18:27
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
27 Apr 2024 | 18:24
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
27 Apr 2024 | 18:21
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
27 Apr 2024 | 18:17
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
27 Apr 2024 | 18:09
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
27 Apr 2024 | 18:05
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
27 Apr 2024 | 18:02
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
27 Apr 2024 | 17:59
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
27 Apr 2024 | 17:55
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
27 Apr 2024 | 17:51
İdmançımız Avropa çempionatında finala yüksəldi
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
27 Apr 2024 | 17:44
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
27 Apr 2024 | 17:40
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
27 Apr 2024 | 17:34
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
27 Apr 2024 | 17:28
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
27 Apr 2024 | 17:23
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
27 Apr 2024 | 17:18
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:13
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
GÜNLÜK
27 Apr 2024 | 13:18
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 12:28
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
27 Apr 2024 | 12:50
Bu pomidorları almayın! - RİSKLİDİR
27 Apr 2024 | 12:34
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 13:18
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 12:28
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
27 Apr 2024 | 12:50
Bu pomidorları almayın! - RİSKLİDİR
27 Apr 2024 | 12:34
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub