Məhəmməd Hadinin insan haqqında düşüncələri...
Ədəbiyyat
Oxunub: 2289
13 May 2018 | 23:30
Məhəmməd Hadinin insan haqqında düşüncələri...
III Yazı
                               
İkinci yazıda göstərmişdik ki, Məhəmməd Hadi hər bir istəyin, arzunun, amalın insan əli ilə yapıla biləcəyinə, insanın ağlı və düşüncəsi vasitəsilə həyata keçiriləcəyinə dərin ümid bəslədiyi üçün insanları birliyə səsləyirdi:
                                     Cahanı titrədir tövhidi-millət, 
                                     Qoparmazmı dağı olduqda himmət?
                                      Olanda cift arayü xəyalat
                                      Doğar bunlardan övladi-kəmalat.
                                      Rücu etmək gərək əqli-səlimə, 
                                      Olaq ləbbeykzən fikri-həkimə.
                                       Kənarə taşlayaq fikri-səqimi, 
                                       Edək dərpiş rahi-müstəqimi.
                                       Yaşa, ey ittifaqi-millətəfruz!
                                        Yerə bat, ey nifaqi-xanimansuz!
İnsanlar arasında haqqın, həqiqətin , sədaqət və etibarın , rəhm və ədalətin olmaması şairi ümidsizliyə sala bilmir.  O, gecə-gündüz həqiqətin, ədalətin bərpa olacağına, insanların öz səhvlərini dərk edəcəklərinə , ağlın, kamalın, düşüncənin  hər şeyə qalib gələcəyinə inanır və inamını belə ifadə edir:
                            Gecmi, tezmi, bilməm, amma haqq edər bir gün zühur, 
                            Kəsbi-imtinan qılmışdır buna vicdanımız.
Məhəmməd Hadi insanla şüuru vəhdətdə götürür, birini digərsiz lazım olmayan bir şey hesab edir, onları bir-birinə qarşı qoymur.  Şair bunlardan hansının əvvəl, əsas olduğunu, hansınınsa törəmə, ikinci olduğunu  söyləmir. O, ağıla , şüura üstünlük verərək göstərir ki, insanla heyvan hər ikisi canlı varlıqdır. Bunlardan birinin insan, digərinin heyvan adlanmasını  da şüurla, ağılla əlaqələndirir.
Deməli, insan şüura, ağıla malik olduğu üçün qiymətlidir, şərafətlidir. Düşüncəsiz, ağılsız adamlar heyvandan fərqlənmirlər. Bu nəticəni şairin “Əql” adlı
əsərindən çıxarırıq:
                                           Cahanda əql misli varmı rəhbər?
                                            Bəşər danişlə oldu kampərvər.
                                            Edək dərpiş ənvari-hüdayi, 
                                            Bu mişkati-bəvariqintimayi.
                                            Bəni-adəm bu feyzə oldu malik, 
                                            Odur ki, oldu məscudi-məlaik.
                                            Təcəlla eylədi aləmdə fərhəng, 
                                             Odur ki, oldu zinətbəxşi-ovrəng.
                                             Nədir bu nur, nə bu feyzi-səmavi
                                             Ki, həstigahi olmuş cümlə havi?
M.Hadi “Şüur” adlı əsərində də şüurun varlıq üçün nə qədər mühüm və zəruri olduğunu göstərir:
                                                    Kurluqdan nə yetər, aşiqi-nur olmalıyız, 
                                                    Tərk edib səfsətəni, əhli-şüur olmalıyız.
                                                      Açaraq can gözünü eylə təmaşayi-cahan, 
                                                      Laşüuranə yaşarsaq, bizə əfsus,  ixvan.
Dövrünün, zamanının hər bir ağıllı, kamallı ziyalısı insan məfhumunun mənasını, məzmununu cəmiyyətin mənafeyi mövqeyindən açıqlamağa çalışmış,insanı yaxşı, ümumbəşəri əhəmiyyəti olan işlər görməyə səsləmişdir. Məhəmməd Hadi də belələrindən idi. O da “Əfkari-pərişan, ya ki, təraneyi-təhəyyüranə” şeirinin  sonunda “İnsan nədir?” sualına belə cavab verir:
                                  İnsan nədir? Yəni qabili-üns.
                                   Gər böylə isə nədir bu vəhşət?
                                    Vəhşət nədir?Yəni zülmü icbar.
                                  İcbar nə?Suyi-istifadət.
                                   Məxluq ki hürr xəlq olunmuş, 
                                    Etmək onu bəsteyi-əsarət, 
                                    Təhdid ilə etmək həqqi təhdidi, 
                                     Qoyma sitəm adına ədalət,
                                        Məsumlar üstə amir olmaq—
                                         Həp zalimü dunü bikifayət.
                                         Qıldıqca nəzər bu faciatə, 
                                          Nifrət eləyir könül həyatə.
Vəhşilik, zalımlıq və haqsızlıqla  i n s a n anlayışı bir araya sığmır – Hadinin qənaəti budur. Arzuladığını görməyən şair həyata çox küskün yanaşır, sanki onu görmək istəmir.
Ağıla, şüura yüksək qiymət verən, oni təbiəıt, kainatla  insan arasında mühüm əlaqə vasitəsi hesab edən şair, bəzən insanın təbiət qarşısında acizliyindən söhbət açır və göstərir ki, bu acizlik insanın dünya işlərini, səmavi hadisələrin sirrini dərk edə bilməməsindən doğur. Bir tərəfdən, o, qeyd edir ki, insan dünyanı gözəlləşdirmək, yeniləşdirmək, özü üçün yararlı hala  salmaqdan ötrü dünyaya gəlmişdir, digər tərəfdən, həmin fikrinin əksinə olaraq, insanın dünyanı və hətta,  özünü dərk etmək qabiliyyəttinə malik olmamasını söyləyir.
Belə ziddiyyətli düşüncə tərzi M.Hadidə uzun müddət davam edir. İnsanın həyatdakı rolu haqqında şairin fikrini onun məqaləsindən gətirilmiş aşağıdakı parçada  aydın görmək olur. Məhəmməd Hadı yazır:”Dünyanın da yaraşığı, imranı bizimlədir, bizimlə! Bəs dünyanın məmur və abad olması insan övladı ilədir. Bu baği-fənanın rövnəq və lətafəti  şəcəreyi-adəmiyyət ilədir.Bu bağın içərisində nəşvü nüma tapan, böyüyən gülləri, çiçəkləri xanca mühafizə etməyə bir bağçavanın vücudi zəruridir. Ta ki, bu mahir bağçavanın yədi-məharətində bəslənmiş çiçəklər, ağaclar vaxtından iləri vərəqrizi-xəzan olmayıb mövsimi-məhdudində öz meyvəsini, öz gülünü göstərsin, dünya bağçası müzəyyən olsun. Bağban olmadığı təqdirdə bu ağaclar hər dürlü qurdlara, mikroblara, susuzluqlara düçar olaraq, baharı gəlməmiş  xəzanə uğrayacağı  nə qədər aydın isə, heyəti-bəşəriyyətə məhv olacağı bir o qədər açıq və aydındır. “ 
Lakin “Təraneyi-qəmpərvəranə”əsərində o, aqnostisizm mövqeyi tutur, dünyanın sirlərini, təbiətdə baş verən hadisələri insanın dərk edə bilməsinə inanmır, insanda belə bir qabiliyyətin mövcudluğuna şübhə edir. İnsanın yaranmasında, onun həqiqət və  ya xəyal olmasında çaşbaş qalan şair  hər şeyi allahın qüdrəti hesab edir, insanın isə bu qüdrət qarşısında acizliyini, imkansızlığını göstərir:
                        Cahanə gəlmədən  məqsəd nədir insanə, bilməm ki?
                        Həqiqətmi bu xilqət, yoxsa bir əfsanə, bilməm ki?
                        Mən idrak etmədim dünyayə gəlməkdən nədir hikmət, 
                        Yaratmaqdan nədir hikmət bizi sübhanə, bilməm ki?
                        Mücəssəm bir xəyalə bənzəyir timsalı imkanın, 
                          Neçin dildadeyi-şövqüz  xəyalistanə, bilməm ki?
                          Kitabi-kainatın sirri heyrətbəxşi-im”andır, 
                           Bu sirri kəşfə yoxdur yol neçin im”anə, bilməm ki?
                           Bütün zərrati-aləm məzhəri-əsrari-qüdrətdir,
                           Bunun həllində acizdir neçin fərzanə, bilməm ki?......
İdrakın gücünü, qüdrətini şübhə altına alan, həqiqəti xəyal sayan, insanı ilahi qüdrətin  mahiyyətini, hikmətini anlamaqda aciz hesab edən M.Hadi özü də buna təəccüb edir; kainat bir kitabdır, onun hər bir vərəqi sirlərlə doludur. Hər bir misrası insanı heyrətə salır. Axı nə üçün insan idrakı  bu sirri açmaqda, öyrənməkdə acizdir, onu kəşf etməyə qadir deyildir!?
“Kitabi-həyat” əsərində də  şair həmin görüşlərini davam etdirir. O, həyatın sirlərinə mat qaldığını bildirir; necə olur ki, həyat bir vücudu hər şeyi bilən, dərk edən bir arifə çevirir, onu maarif taxtında əyləşdirir, elmin ən yüksək zirvəsinə qaldırır və birdən əcəlin ovçu əlində  məhv edir? M. Hadi bu qənaətə gəlir ki, ariflər cahanın sirlərini kəşf etməkdə acizdirlər, gücsüzdürlər, təbiətin sirlıərini insanın  ağlı, zəkası kəşf etməyə qadir deyildir.
Məhəmməd Hadi insanın qarşısında çox böyük vəzifələr qoyur. Şairə görə,bu vəzifələri o adamlar yerinə yetirə bilərlər ki, onların rəhbəri viucdan və ədalət olsun. İnsan məfhumu yaxşılıqla müşayiət olunur, onun əlindən yalnız yaxşılıq gəlməlidir. “Qış günlərində odlu fəğanlar” əsərində Məhəmməd Hadi yazır:
                          Həmişə yaxşılıq baş verməli insan olanlardan,
                           Yamanlıq sadir olmaz rəhbəri vicdan olanlardan.
                           “Cahanda ölməyən bir yaxşılıqdır”! Çox gözəl bir söz,
                                 Gələnlər həp  gedərlər aləmə mehman olanlardan.
                                  Nədir milli məhəbbət qanmayanlarımız da qansınlar,...
                                 Çalışsınlar xilasə qərğeyi-tufan olanlardan.
                                  Bu gündə qafil olmaq çox böyük milli cinayətdir.
                                  Müsibət çöllərində aclığa qurban olanlardan!
                                 Sən ey qeyrətli Türk oğlu! Sən ey nəsli-kərəmpərvər!
                                  Diriği-himmət etmə şəfqətə şayan olanlardan!!!
Məhəmməd Hadinin 1917-ci  ilə qədər yazdığı əsərlərinin müəyyən hissəsində aqnostisizm özünü göstərir, insan idrakının acizliyi, dünyanın sirlərini dərk etmək qabiliyyətində olmaması, kainatın həmişə sirli qalacağı  təsdiq və təlqin edilir. Lakin 1917-ci ildən başlayaraq yazdığı bir sıra əsərlərində insan idrakının böyük qüdrətə malik olması, yer aləminə sığmaması tərənnüm olunur, gec-tez “təmamən ruhi-əşyayə hakimi-mütləq olacağı” göstərilir. Bu baxımdan “Bəşər” adlı əsəri diqqəti cəlb edir:
                    Bəşər! Ey canlı bir hikmət , böyük qüdrətlərin vardır,                                  
                   Böyük əqlin, böyük fikrin, böyük qüdrətlərin vardır.                                                                         
                    Dimağın bir xəzinə, yəni bir gəncineyi-əfkar,
                   Tükənməz, bitməz, iştə bitsə də, bitməz olan əbhar!
                    Sənin sənətlərin  ciddən tənahi-parəziradır, 
                    Sənin nami-büləndin, ey bəşər, ülviyyətaradır.
                     Kiçik bir varlığın vardır, böyükdür lakin idrakın, 
                     O göylərdən də yüksəkdir sənin ruhani əfkarın. 
Burada böyük mütəfəkkir insan idrakına olduqca böyük qiymət verir. İnsanın idrakını göylərdən uca, beynini xəzinə, özü də bitməz-tükənməz bir dəniz, okean hesab edir. Özü kiçik bir varlıq olan insanın idrakında, şüurunda bütöv bir aləmin sığışmasını, əks olunmasını alqışlayan M.Hadi, bu idrakın fələkləri də ehtiva edəcəyinə inanır. Dənizləri, torpağı öz hökmünə tabe edən insan göylərə də meydan oxumalıdır, insan idrakı səmada məskunlaşmalı, onun sirlərini açmalıdır:
                          Dənizlə torpağı münqadi-fərman eylədin, indi—
                          O yüksək göylərə açmaqdasan şəhbali-ümmidi.
                              Sənin məfkurən, ey insan, demək ki, sığmayır xakə, 
                               Onun üçün də çıxmışsan şücaət ilə əflakə.
                               Yeri, dəryanı təsxir eyləmişdin, indi var balın, 
                               Əvət, bundan da yüksəkdir sənin  şəhbali-iqbalın.
Səmanı fəth etməyə ruhlandıran, insana qol-qanad verən nədir? Əlbəttə, elm, bilik. Yalnız dərin elmi biliklərə  yiyələnənlər səmanın, kainatın  sirlərini kəşf edə bilərlər. Təfəkkür hələlik sirr olaraq qalan hadisələri  təkamül sayəsində kəşf edib  dünya səhnəsinə çıxara bilər. M.Hadi buna inanaraq yazır :
                                    Təkamülyabi-fikr olduqca, ey səyyari-cürətkar,
                                    Təbiət sinəsində indilik məstur olan əsrar—
                                     Birər ərzi-cəmal eylər, çıxarlar səhni-dünyayə,
                                     Olursan hakimi-mütləq təmamən ruhi-əşyayə.


Müstəqil Ağayev,
AMEA Fəlsəfə İnstitutu Azərbaycan      
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi
fəlsəfə üzrə fəlsəfə doktoru, Qabaqcıl
Maarif Xadimi
Oxşar xəbərlər
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:12, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
GÜNLÜK
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 15:11
Azərbaycanda hakim intihar etdi
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 15:11
Azərbaycanda hakim intihar etdi