Putin müsəlmanların, yoxsa Əsədin dostudur?
Oxunub: 2016
10 Oct 2015 | 10:33
Putin müsəlmanların, yoxsa Əsədin dostudur?

Yaxud ruslar Yaxın Şərqdə arzulanan qüvvəyə necə çevrildilər? Qərbin Yaxın Şərqdəki ikibaşlı oyunları fonunda Rusiyanın terrora qarşı savaşan gücə çevrilməsinin qısa tarixçəsi...

Son günlər dünya mediasının əsas gündəm mövzusu heç şübhəsiz, Rusiyanın Suriyada apardığı antiterror əməliyyatlarıdır. Ruslar Yaxın Şərqdə antiterror əməliyyatlarına Qərbdən bir il gec başlasalar da, səs-küy yarada bildilər. Bir il əvvəl dünya mediası İŞİD-i bombalayan BƏƏ-li pilot xanımdan, hava zərbələrində “nöqtə atışından” xəbərlər, süjetlər verirdi. İndi isə efiri rus qırıcıları, raket zərbələri və ən əsası Putin xəbərləri doldurub.


Hətta sosial şəbəkələrdə Putinin müsəlman obrazında, namaz qıldığını göstərən kollajları yayılıb. Zarafat bir yana, Rusiya prezidenti indi doğrudan da populyar bir şəxsdir Yaxın Şərqdə. Hazırda xəbərlərin və sosial paylaşımların müqayisəsinə baxsaq, müsəlman dünyası üçün bir nömrəli şəxs məhz Rusiyanın prezidentidir. Hətta Türkiyənin liberal görüşlü köşə yazarları Putini müsbət müqayisədə təqdim edirlər. Təbii ki, Rusiya liderini mənfi planda, nifrətlə yad edənlər də var. Amma istənilən halda hazırda “gündəmin adamı” odur - Rusiya prezidenti.

Ruslar terrora qarşı mübarizədə amerikalılardan daha səmimidir?

Əlbəttə, səbəb aydındır. Putinin rəhbərliyi altında Rusiya aviasiyası Suriyada İŞİD başda olmaqla radikal silahlı qrupları bombalayır. Doğrudur, hələlik rusların bomba zərbələrinin dəqiq nəticələri yoxdur, amma cəmi iki həftə ərzində doğurduğu səs-küy onu göstərir ki, ruslar Suriyada dəqiq və operativ işləyir. 


Eyni işi amerikalılar da edir. Ötən ilin avqustunda ABŞ İŞİD-ə qarşı əməliyyatlara başlayıb. Rəsmi məlumatlarda deyilir ki, 60-dan artıq ölkənin qoşulduğu beynəlxalq koalisiyanın hava zərbələri nəticəsində 15 mindən artıq İŞİD üzvü öldürülüb. O cümlədən 459 nəfər mülki insan hava zərbələri zamanı dünyasını dəyişib. ABŞ aviasiyasının liderlik etdiyi koalisiya qüvvələri bir il ərzində sentyabr ayına olan məlumata əsasən 6745 hava reydi keçirib. ABŞ-la yanaşı, Fransa, Böyük Britaniya, Belçika, Hollandiya, Avstraliya, Danimarka və Kanada aviasiyası əməliyyatlarda iştirak edir. O cümlədən İordaniya və qismən Türkiyə koalisiyaya dəstək verir. 

Koalisiyanın hava reydlərinin 2515-i Suriyada, 4230-u isə İraqda həyata keçirilib. Əsas ağırlıq isə ABŞ aviasiyasının üzərinə düşüb. Amerikalılar 5240 dəfə uçuş həyata keçiriblər. Ancaq göründüyü kimi, ötən bir il İŞİD-i məğlub etmək üçün kifayət etməyib. Koalisiya təyyarələri yalnız kürdlərin mövqelərini gücləndirdilər: Şimali İraqdakı kürd qüvvələrinə qarşı İŞİD-in hücumunun qarşısının alınması və Suriyada Kobani ətrafında İŞİD-in hücumunun qarşısının alınmasında rol oynadılar. 

Ruslar isə tamam fərqli taktika götürdülər. Rusiya təyyarələri Suriyada İŞİD-in “paytaxtı” Rəqqa şəhəri də daxil olmaqla bütövlükdə İŞİD-lə yanaşı “ən-Nusra”, hətta bəzi iddialara görə, “Fəth ordusu” və digər qruplaşmaların da mövqelərini bombalayır. Bu isə bölgədə vəziyyətin dəyişməsinə səbəb olur. Məsələn, rusların məlumatına görə, sentyabrın 30-dan başlayan əməliyyatların ilk həftəsində 120 uçuş həyata keçirib və 110 hədəfi, o cümlədən 71 zirehli texnika, 19 komanda mərkəzi, 2 rabitə mərkəzi, 23 yanacaq və partlayıcı anbarı, eləcə də partlayıcı sexləri məhv edilib.

Bu məlumatın dəqiqliyini sübut etmək çətin olsa da, yaranmış vəziyyət, eləcə də Suriya ordusunun hücuma keçməsi göstərir ki, rusların ilk həftəsi uğurlu olub. Ən azı Suriya üçün. Açıqlamalardan o da bəlli olur ki, əməliyyatlar bu tendensiya üzrə davam edəcək. Deməli, ruslar sadəcə amerikalılar kimi havadan zərbə endirmək deyil, quru əməliyyatlarına dəstək verməklə Suriya ordusunun qurudan hücumuna şərait yaratmağa çalışacaqlar.  


Rusların Suriyaya müdaxiləsi gözlənildiyi kimi, onsuz da gərgin olan beynəlxalq münasibətlər sistemini daha da gərginləşirib. Putin Suriyada Bəşər Əsədi qorumaqla yanaşı, eyni zamanda amerikalıların Yaxın Şərqdə səmimi olmadığını, terrora qarşı mübarizədə real çalışmadığını sübut edir. Əlbəttə, rusların Suriya münaqişəsinə baxışı amerikalılardan fərqlənir. Putinin hərbi aksiyası Bəşər Əsədin hakimiyyətinin qorunub saxlanılması və Suriyada yenidən sabitliyin bərqərar edilməsidir. Ən mühümü isə rusların hava dəstəyi zəif durumda olan Suriya ordusunu gücləndirir. Son günlər Suriya ordusunun bir neçə bölgədə hücuma keçməsi göstərir ki, Bəşər Əsəd Rusiyanın dəstəyindən yetərincə faydalanmağa çalışacaq. 
Rusiya Suriyada savaşa Moskvada nəhəng məscidinin açılışı və Putinin BMT-də İslam dininə tərifli çıxışından sonra başladı. 

Amma ondan əvvəl Putin Moskvada iyul-avqust aylarında İordaniya kralını, Misir prezidentini, Səudiyyə şahzadəsini, BƏƏ müdafiə nazirini qəbul edib danışıqlar apardı. Bu mənada rusların Yaxın Şərqda peyda olması qəfil olmadı. Putinin mesajı açıq idi. Ruslar savaşın Orta Asiya və Şimali Qafqaza sıçramasının qarşısını almaq üçün onu Suriyada aparır. Bunu Putin də etiraf etdi. Nyu-Yorkda ABŞ telekanalına müsahibəsində Putin dedi ki, yaraqlılar Rusiyaya qayıtmamış onları Suriyada məhv edilməsi üçün Əsədə dəstək verəcək. Bu mənada indiki savaş rusların uğurudur. Çünki nə də olsa savaş Rusiya sərhədlərindən min kilometr uzaqda aparılır. Bu, istənilən halda Şimali Qafqazda və ya Tacikistan dağlarında savaşmaqdan daha rahat və asandır. 

Rusların qətiyyət göstərməsi, İŞİD və “ən-Nusra” kimi terror qruplaşmalarına qarşı ağır zərbələr endirməsi istər-istəməz onu tərəfə çevirir. Ancaq eyni zamanda rusların Suriyada qətiyyət göstərməsi terrordan əziyyət çəkən müsəlmanların rəğbətini qazanır. Doğrudur, rusların digər müxalif qrupları da bombalaması etirazlar doğurur. Ancaq istənilən halda Rusiyanın fəaliyyəti ABŞ-ın ötən bir ildəki antiterror kampaniyası ilə müqayisədə daha effektiv görünür. 


Putin müsəlmanların dostudur? 

Dəməşq Universitetinin ərəb dili kursunda oxuyan alman həkim-psixoloq Tilman deyirdi ki, Dəməşqdə bir çox marketlərdə satıcılar onun alman olduğunu bildikdə pul almırdılar. Səbəbi isə Tilman üçün dəhşətli idi: ərəblər üçün Tilman Hitlerin yerlisi idi. Ərəb tacirlər onun alman olduğunu bildikdə Hitleri yad edib, onun yəhudiləri qırmasını xatırladıb onun yerlisinə ehtiram göstərirmişlər. 

Bu gün də ərəblər yəhudilərə nifrətlərini Hitlərə sevgi ilə təsdiqləməyə çalışırlar. Necə deyərlər, “pisə qarşı daha pis”. Bu mənada indi rusların Suriyada antiterror əməliyyatları İŞİD-lə müqayisə edilir və təbii ki, indiki fəaliyyətləri rusların keçmiş günahlarını ən azı indilikdə unutdurur. Xüsusən də azərbaycanlılar üçün. Ruslar yaxşı deyil, amma daha pislə savaşdığı üçün yaxşıdır. Eyni zamanda ruslar bu mərhələdə amerikalılarla müqayisədə daha qətiyyətli, terrora qarşı daha səmimi mübarizə apardıqlarını sübut edirlər. Bu isə yalnız İslam dünyasında deyil, bütövlükdə dünyada müsbət effekt doğurur.


Görünən odur ki, Suriya ruslar üçün ikinci Əfqanıstan olmayacaq. Amma savaşın tezliklə sona çatması da real görünmür. Ruslar Suriyaya ordu göndərib ərəblərin nifrət hədəfinə çevrilmək istəmirlər. Əfqanıstandan fərqli olaraq bu işi görəcək Suriya ordusu var. Rusiya isə bu mərhələdə savaşı sərhədlərindən kənarda saxlamaq, Ukrayna böhranını arxa plana keçirmək və terrora qarşı mübarizə aparmaqla qazanclı çıxmışa bənzəyir. 

Rusiya bir imperiya dövlətdir. Və təbii ki, heç Putin özü də müsəlman deyil. Amma indi onun qətiyyətli addımları Obama ilə müqayisədə daha cəlbedici görünür. Və nəhayət, Əfqanıstandan fərqli olaraq beynəlxalq ictimai rəy tamamilə ruslara qarşı deyil. Çünki dünya üçün daha qorxulu olan Yaxın Şərqdə sürətlə böyüyən terrordur. Hansı ki, bir il ərzində Qərb ölkələri ona qarşı effektiv mübarizə apara bilmədilər.  

Yeri gəlmişkən, bu günlərdə İraq hökuməti də bəyan edib ki. Rusiyadan İraq ərazisində terror hədəflərinə qarşı mübarizə üçün dəstək istəyəcəklər. Qarşıdakı aylarda rusların İraqda hava zərbələri enriməsi heç kəsi təəccübləndirməməlidir. Necə deyərlər, indi ruslar Yaxın Şərqdə arzulanan qüvvədirlər. 


Qərb isə hələ ki Putinin arxasınca “sürünür”. Qərb mediası rus raketlərinin hədəfə düzgün vurmadığını, yarı-yolda düşdüyünü, rus qırıcılarının dinc əhalini vurmasını, hətta radikalların rus texnikasını vurmasını tirajlamaqla Rusiyaya qarşı kampaniya aparır. İndiki şəraitdə bundan daha artığını da etmək mümkün deyil, çünki formal olaraq indi Qərbin və Rusiyanın Yaxın Şərqdəki hədəfi eynidir: radikal terrorçu qruplar. 

Ancaq istisna deyil ki, qarşıdakı dönəmdə rusları zəiflətmək üçün Qərb ölkələri Suriyadakı radikal qrupları silahlandıracaq. Artıq bunun ilkin əlamətləri də var. Ancaq Əfqanıstan savaşında olduğu kimi rusları ümumi “duşman”, müsəlmanların vahid düşməni elan etmək çətin ki, bu dəfə mümkün olsun. SSRİ-dən fərqli olaraq indi rus lider məscid açılışı edir, İslam dininin terrorla əlaqəsinin olmadığını deyir, ən mühümü isə ruslar bu savaşa müsəlman dünyasının terror bəlasından əziyyət çəkdiyi bir vaxtda qoşuldular və savaşda yalnız deyillər. 
Bu vəziyyətin yaranmasında isə təbii ki, ilk növbədə terrora mübarizədə ikiüzlü olan, bölgə siyasətində çoxtərəfli oyunlar oynayan Qərb ölkələri günahkardır. Halbuki vaxtında üstünlük Qərbin əlində idi. Terrora qarşı qətiyyətli savaş aparmaq, ən azı onun ləğv olunması üçün səmimi ittifaq qurmaq olardı. Bunun üçünsə kifayət qədər zaman olsa da, Qərb ölkələri bu istiqamətdə lazımi addımları atmadılar./musavat.com/
Oxşar xəbərlər
22:03, Bu gün
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
21:39, Bu gün
Sumqayıtda zavodda yanğın başlayıb
21:16, Bu gün
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
21:08, Bu gün
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
20:57, Bu gün
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
20:53, Bu gün
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
20:36, Bu gün
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
20:36, Bu gün
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
20:34, Bu gün
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
20:22, Bu gün
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
20:21, Bu gün
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
19:49, Bu gün
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
19:35, Bu gün
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
19:29, Bu gün
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
19:25, Bu gün
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
19:09, Bu gün
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
19:09, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
19:07, Bu gün
Nəzakət Teymurovanın qızı evlənir?
19:00, Bu gün
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
18:59, Bu gün
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
18:59, Bu gün
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
18:53, Bu gün
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
18:51, Bu gün
Tələbə saqqalı universitetə gələ bilərmi?
18:06, Bu gün
“Dronlar Rusiyanı dağıda bilməz..."
18:04, Bu gün
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
18:02, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
17:58, Bu gün
İlham Əliyev qəbul keçirdi - FOTO
17:55, Bu gün
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
17:50, Bu gün
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
17:47, Bu gün
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
17:43, Bu gün
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
17:39, Bu gün
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
17:36, Bu gün
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
17:33, Bu gün
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
17:30, Bu gün
İlham Əliyev fərman imzaladı
17:27, Bu gün
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
17:24, Bu gün
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
17:20, Bu gün
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
17:16, Bu gün
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
17:12, Bu gün
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
17:08, Bu gün
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
17:05, Bu gün
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
17:02, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
16:58, Bu gün
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
16:54, Bu gün
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
16:50, Bu gün
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
16:49, Bu gün
Şuşaya DÖNÜŞ başladı
16:44, Bu gün
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
16:38, Bu gün
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
16:26, Bu gün
"Süni intellekt" dərsliyi 4 dildə
16:22, Bu gün
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
16:18, Bu gün
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
16:14, Bu gün
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
16:09, Bu gün
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
16:06, Bu gün
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
16:02, Bu gün
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
15:59, Bu gün
Bu ərazilərdə yeni məktəb tikiləcək
15:55, Bu gün
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
15:50, Bu gün
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
15:45, Bu gün
May ayında hava necə olacaq?
15:42, Bu gün
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
15:40, Bu gün
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
15:37, Bu gün
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
15:35, Bu gün
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
15:30, Bu gün
Tanınmış xanəndə vəfat etdi - VİDEO
15:25, Bu gün
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
15:22, Bu gün
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
15:20, Bu gün
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
15:15, Bu gün
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
15:10, Bu gün
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
15:05, Bu gün
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
15:00, Bu gün
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
14:55, Bu gün
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
14:50, Bu gün
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
14:45, Bu gün
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
14:40, Bu gün
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
14:35, Bu gün
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
14:30, Bu gün
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
14:26, Bu gün
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
14:24, Bu gün
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
14:19, Bu gün
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
14:17, Bu gün
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
13:32, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
13:30, Bu gün
“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”
13:25, Bu gün
Daha bir Vətən müharibəsi qazisi “Azəriqaz” İB-də işlə təmin olundu - VİDEO
13:21, Bu gün
Əhməd İsmayılov Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüşüb
13:17, Bu gün
AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb
13:13, Bu gün
Azərbaycan ABŞ-də keçirilən multikultural festivalda təmsil olunub - FOTO
GÜNLÜK
29 Apr 2024 | 22:40
Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb
29 Apr 2024 | 23:51
Evlilik sevgini öldürür? - Arxa pəncərədən görünənlər
29 Apr 2024 | 23:28
Elmar Baxşıyev: “Rəşad Sadıqovla heç bir prinsip yoxdur”
29 Apr 2024 | 23:30
İmişlidə yol qəzası olub, 4 nəfər yaralanıb
29 Apr 2024 | 23:42
"Bizim vətəndaşlarımız  Rusiyada döyülür": Tacikistan XİN Rusiya səfirinə etiraz notası təqdim edib
29 Apr 2024 | 23:46
Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
00:33, Bu gün
Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb
00:10, Bu gün
ADNA terrorundan 15 il ötür
06:14, Bu gün
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
05:00, Bu gün
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
AYLIQ
29 Apr 2024 | 22:40
Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb
29 Apr 2024 | 23:51
Evlilik sevgini öldürür? - Arxa pəncərədən görünənlər
29 Apr 2024 | 23:28
Elmar Baxşıyev: “Rəşad Sadıqovla heç bir prinsip yoxdur”
29 Apr 2024 | 23:30
İmişlidə yol qəzası olub, 4 nəfər yaralanıb
29 Apr 2024 | 23:42
"Bizim vətəndaşlarımız  Rusiyada döyülür": Tacikistan XİN Rusiya səfirinə etiraz notası təqdim edib
29 Apr 2024 | 23:46
Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
00:33, Bu gün
Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb
00:10, Bu gün
ADNA terrorundan 15 il ötür
06:14, Bu gün
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
05:00, Bu gün
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı