18:05
17°C
Bakı
Roma Papası XIV Leo ABŞ katolik media konqlomeratı EWTN-in rəhbəri Mariya Montserrat Alvaradonu Vatikanın Kommunikasiya Departamentinin yeni rəhbəri təyin edib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, o, Vatikanda rəhbər vəzifəyə təyin edilmiş ilk qadındır.
Alvarado Vatikanın Kommunikasiya üzrə Dikasteriyasına rəhbərlik edəcək. Bu, Vatikanın xəbər portalına, radiostansiyasına, qəzetinə, mətbuat xidmətinə və digər bölmələrinə nəzarət edən böyük bir şöbədir.