02:09
17°C
Bakı
ABŞ Maliyyə Nazirliyi Rusiyadan tankerə yüklənmiş neft və neft məhsullarının satışı və daşınması ilə bağlı əməliyyatları müvəqqəti olaraq sanksiyalardan çıxarıb.
Moderator.az xəbər verir ki, bununla bağlı ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yeni lisenziya dərc olunub.
Sənədə əsasən, 17 aprel 2026-cı il tarixinədək tankerlərə yüklənmiş Rusiya mənşəli xam neft və neft məhsullarının satışı, daşınması və boşaldılması ilə bağlı əməliyyatlara 17 iyun 2026-cı il tarixinədək icazə verilir.
Lisenziyada qeyd olunub ki, bu güzəşt Krım, qondarma “DXR” və “LXR”, eləcə də İran, Kuba və Şimali Koreya ilə bağlı əməliyyatlara şamil edilmir.