KİV: ABŞ Qrenlandiya ilə təbii ehtiyatlar üzrə əməkdaşlığı müzakirə edir
Dünya
151
18 May 2026 | 23:00

KİV: ABŞ Qrenlandiya ilə təbii ehtiyatlar üzrə əməkdaşlığı müzakirə edir

ABŞ Qrenlandiya ilə təbii ehtiyatların işlənməsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edir.

Moderator.az xəbər verir ki, bu barədə “The New York Times“ Vaşinqton, Kopenhagen və Qrenlandiyadakı mənbələrə istinadən yazıb.

Məlumata görə, Vaşinqton Qrenlandiyanın neft, uran, nadir torpaq metalları və digər strateji faydalı qazıntılarla zəngin olmasına xüsusi maraq göstərir. ABŞ həmçinin adada hərbi mövcudluğunu qeyri-məhdud müddətə saxlamaq niyyətindədir.

Qeyd olunub ki, Vaşinqton böyük investisiya layihələrinə veto hüququ əldə etməyə çalışır ki, bununla da Rusiya və Çin kimi rəqiblərin təsirini məhdudlaşdırsın.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər