Danimarkada tapılan ölü balina
Dünya
255
08:10, Bu gün

Danimarkada tapılan ölü balina "Timmi" imiş

Danimarkanın Anholt adası yaxınlığında tapılan ölü balinanın "Timmi" adlı qozbel balina olduğu müəyyən edilib.

 

Moderator.az xəbər verir ki, bu barədə "Bild" Danimarkanın Ətraf Mühitin Mühafizəsi Agentliyinə istinadən məlumat yayıb.

 

Məlumata görə, mütəxəssislər balinanın bel üzgəcində aşkar olunan izləyici vasitəsilə onun məhz "Timmi" olduğunu müəyyənləşdiriblər.

 

Təxminən 15 ton çəkisi olan məməlinin identifikasiyası üçün dalğıclar və baytarlar onun cəsədinin alt hissəsinə yaxınlaşmalı olublar.

 

"Timmi" daha əvvəl Almaniya sahillərindəki Vismar körfəzində dayazlıqda ilişib qalmışdı. Balina bir neçə həftə həmin ərazidən çıxa bilməsə də, suyun səviyyəsinin qalxmasından sonra müstəqil şəkildə açıq dənizə üzə bilmişdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər