Kadir İnanırın vəziyyəti açıqlandı
Dünya
213
16 May 2026 | 23:47

Kadir İnanırın vəziyyəti açıqlandı

Mayın 15-də vəziyyəti pisləşdikdən sonra Beşiktaşdakı xəstəxanaya aparılan və reanimasiyaya yerləşdirilən məşhur aktyor Kadir İnanırın sağlamlıq vəziyyəti ilə bağlı açıqlama yayılıb.

Moderator.az xəbər verir ki, xəstəxana aktyorun sağlamlıq vəziyyətində yaxşılaşma olduğunu, lakin bir müddət reanimasiyada qalacağını bildirib.

Kadir İnanırın həyat yoldaşı Jülide Kural sənətçinin ağciyər infeksiyası səbəbindən reanimasiyaya yerləşdirildiyini bildirib.

“Təəssüf ki, Kadir soyuqdəymə keçirdi. Soyuqdəymə səbəbindən ağciyərlərində infeksiya yarandı. Bu gün vəziyyəti daha yaxşıdır. Həkimləri yaxşılaşdığını, lakin daha diqqətli olması üçün reanimasiyada müşahidə altında saxlamaq məcburiyyətində olduqlarını bildirdilər. İki gündən sonra adi palataya köçürüləcək”, - Jülide Kural deyib.

Xanımı həmçinin siqaret çəkməyin sənətçinin sağlamlığına mənfi təsir etdiyini vurğulayıb:

“Onun ən böyük düşməni siqaretdir, ümid edirəm ki, tərgidər”.

Aktyorun həkimi Hüsnü Görgen isə qeyd edib ki, Kadir İnanır pnevmoniyanın yaratdığı tənəffüs çətinliyi səbəbindən tibbi müayinədən sonra reanimasiya şöbəsinə yerləşdirilib:

”Müalicəsi reanimasiya şöbəsində davam edir və intubasiyaya ehtiyac olmadan qeyri-invaziv tənəffüs dəstəyi alır. Ümumi vəziyyəti yaxından izlənilir və dünəndən bəri klinik vəziyyətində qismən yaxşılaşma müşahidə olunur. O, bir müddət reanimasiya şöbəsində müşahidə altında qalacaq”.

Link kopyalandı!
Son xəbərlər