01:03
17°C
Bakı
Antiqua və Barbuda ada dövlətinin sahilində 6 maqnituda gücündə zəlzələ qeydə alınıb.
Moderator.az-ın ABŞ-nin Geologiya Xidmətinə istinadən məlumatına görə, zəlzələnin episentri ölkənin şimalındakı Kodrinqton şəhərindən 70 kilometr cənub-qərbdə yerləşib.
Zəlzələ ocağı 30 kilometr dərinlikdə olub.
Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.