İranın dəniz blokadası başlayandan bəri marşrutu dəyişdirilən gəmilərin sayı açıqlanıb
Dünya
157
16 May 2026 | 23:05

İranın dəniz blokadası başlayandan bəri marşrutu dəyişdirilən gəmilərin sayı açıqlanıb

ABŞ hərbçilərinin İran ətrafında tətbiq etdiyi dəniz blokadası başlayandan bəri marşrutu dəyişdirilən ticarət gəmilərinin sayı 78-ə çatıb.

Moderator.az xəbər verir ki, bu barədə CENTCOM "X" sosial şəbəkəsində məlumat yayıb.

"78 kommersiya gəmisi başqa istiqamətə yönləndirilib, dörd gəmi isə blokadanın təmin edilməsi məqsədilə fəaliyyətsiz vəziyyətə gətirilib", - deyə paylaşımda bildirilir.

ABŞ hərbçiləri İranın dəniz blokadasına aprelin 13-də başlayıblar. Mərkəzi Komandanlıq bəyan edib ki, İran limanlarına doğru hərəkət edən və ya ölkə sahillərini tərk etməyə çalışan bütün gəmilərin qarşısını almaq niyyətindədir.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani isə ABŞ-ni "piratlıq" və "terrorçuluq"da ittiham edib.

Onun sözlərinə görə, Vaşinqton ticarət gəmilərini ələ keçirməklə və heyət üzvlərini saxlayaraq faktiki olaraq piratlar kimi davranır.

Link kopyalandı!
Son xəbərlər