00:14
17°C
Bakı
İsveç Prokurorluğu 12 martda ölkənin ərazi sularında saxlanılan "Sea Owl I" tankerinin heyət üzvünə qarşı yeni istintaqa başlayıb.
Moderator.az-ın İsveç Sahil Mühafizəsinə istinadən məlumatına görə, o, saxta sənədlərdən istifadə etməkdə şübhəli bilinərək saxlanılıb.
Martın 12-də Sahil Mühafizəsinin əməkdaşları saxta bayraqdan istifadə etməkdə şübhəli bilinən gəmiyə minib. 228 metr uzunluğundakı "Sea Owl I" tankeri 2007-ci ildə inşa edilib və son illər Rusiya ilə Braziliya arasında neft məhsulları daşıyıb.
Gəmi Santosdan gəlib və yüksüz Primorska gedirmiş. Qeyd olunur ki, tanker Aİ-nin sanksiyalarına məruz qalıb, Kamerun bayrağı altında üzüb, lakin həmin ölkənin hakimiyyəti onun mənşəyini təsdiqləməyib.