Bizi sosial şəbəkələrdən izləyin:
İqlim dəyişikliyi səbəbilə 2100-cü ilə qədər on minlərlə bitki növü yox ola bilər.
Moderator.az-ın məlumatına görə, ABŞ-da aparılan araşdırma nəticəsində alimlər müəyyən ediblər ki, temperatur artımı və yağıntı rejimindəki dəyişikliklər nəticəsində dünya üzrə bitki növlərinin 7-16 faizi itə bilər.
Xüsusilə Arktika, Aralıq dənizi bölgəsi və Avstraliyada vəziyyətin daha kritik olduğu bildirilir.
Tədqiqat müəlliflərindən olan Şayoli Dong bildirib ki, orta səviyyəli karbon emissiyası ssenarisində bu, 35-50 min bitki növünün məhv olması deməkdir. Emissiyalar artarsa, risk daha da böyüyə bilər.
İngiltərədə aparılan başqa araşdırmada isə 335 mindən çox çiçəkli bitki növü araşdırılıb və təxminən 10 min növün yox olmaq təhlükəsi ilə üzləşdiyi müəyyən olunub.