Rəsmi Tehran:
Dünya
186
05 May 2026 | 23:40

Rəsmi Tehran: "Hücum olarsa, cavab sarsıdıcı olacaq"

Son günlərdə İran Silahlı Qüvvələri Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı heç bir hərbi əməliyyat həyata keçirməyib.

Moderator.az xəbər verir ki, bu barədə İran ordusunun "Xətəm əl-Ənbiya" Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari açıqlama verib. O bildirib ki, rəsmi Tehran Əmirliklərin istənilən təcavüzünə qətiyyətlə cavab verməyə hazırdır.

"İran İslam Respublikasının hərbi qüvvələri son günlər ərzində BƏƏ-yə qarşı raket və PUA əməliyyatları aparmayıb. Belə bir addım atılmış olsaydı, bunu açıq və rəsmi şəkildə elan edərdik. Buna görə də həmin ölkənin Müdafiə Nazirliyinin yaydığı hesabat tamamilə təkzib olunur və heç bir əsası yoxdur. Əgər BƏƏ ərazisindən İran sahillərinə, limanlarına və ya adalarına qarşı hər hansı bir hərbi hücum cəhdi olarsa, Tehran tərəfi buna sarsıdıcı şəkildə cavab verəcək", - deyə Zülfüqari açıqlamasında qeyd edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər