23:23
12°C
Bakı
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasındakı danışıqlarda şəxsən iştirak etdiyini bildirib.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə jurnalistlərə deyib.
"İranla bağlı məsələdə xoşuma gəlməyən odur ki, onlar əvvəlcə mənimlə hörmətlə danışırlar, sonra isə televiziyaya çıxıb: "Biz Prezidentlə danışmamışıq", - deyə bəyan edirlər. Amma mən indicə onlarla danışdım. Onlar oyun oynayırlar", - Tramp deyib.
Onun sözlərinə görə, Tehran döyüş əməliyyatlarının dayandırılması üzrə Vaşinqtonla razılığın əldə olunmasında maraqlıdır.
"Bunu deyə bilərəm: İran razılaşma əldə etmək istəyir", - ABŞ Prezidenti vurğulayıb.