Türkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladı
Dünya
249
18:20, Bu gün

Türkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cari ilin 31 dekabrınadək yerləşmə (yaşayış) vergisinin mövcud olan 2 faizdən 1 faizə salınması haqqında sərəncam imzalayıb.

Moderator.az-ın verdiyi xəbərə əsasən, müvafiq sənəd 1 may cümə günü hökumətin rəsmi mətbuat orqanı sayılan "Resmi Gazete"də yayımlanıb və elan edildiyi andan etibarən qüvvəyə minib.

İctimaiyyət arasında "turist vergisi" adlandırılan yaşayış rüsumu Türkiyə ərazisində 2023-cü ilin 1 yanvar tarixindən etibarən tətbiq olunur. Bu vəsait mehmanxana, motel, kempinq və digər müvəqqəti yaşayış obyektlərində tutulur. Vergi rəsmi qaydada obyekt sahibi tərəfindən ödənilsə də, reallıqda həmin məbləğ turun dəyərində və ya müştərinin yekun çekində öz əksini tapır. Pansionat, yataqxana və düşərgələrdə qalan tələbələr, o cümlədən Türkiyədə diplomatik statusla fəaliyyət göstərən nümayəndəliklərin və beynəlxalq qurumların akkreditasiyadan keçmiş işçiləri bu ödənişdən azad ediliblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər