ABŞ İrana qarşı əməliyyatlara 100 milyard dollar xərcləyib
Dünya
202
15:45, Bu gün

ABŞ İrana qarşı əməliyyatlara 100 milyard dollar xərcləyib

"Birləşmiş Ştatlar İrana qarşı hərbi əməliyyatlara təqribən 100 milyard dollar vəsait sərf edib və bu vəziyyət ABŞ vətəndaşları üçün daha böyük dolayı xərclər yaradıb".
 
Moderator.az xəbər verir ki, bu iddia ilə İranın xarici işlər naziri Abbas Əraqçi çıxış edib.
 
O, özünün "X" hesabında qeyd edib:
 
"Pentaqon həqiqəti gizlədir. ABŞ-yə artıq 100 milyard dollar ziyan dəyib, hansı ki, bu göstərici rəsmi bəyan edilən rəqəmdən dörd dəfə çoxdur. ABŞ vergi ödəyicilərinin üzərinə düşən dolayı xərclər isə daha böyükdür. Hər bir ABŞ ailəsi üçün aylıq zərər 500 dollar təşkil edir və bu rəqəm sürətlə çoxalmaqdadır".
 
Xatırladaq ki, aprelin 29-da ABŞ Müdafiə Nazirliyinin maliyyə məsələləri üzrə nazir müavini vəzifəsini icra edən Culs Hörst Birləşmiş Ştatların İrana qarşı hərbi addımlara təqribən 25 milyard dollar xərclədiyini bildirib. O, bu rəqəmin sadəcə ilkin qiymətləndirmələr olduğunu qeyd edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər