ABŞ nüvə silahı ilə bağlı genişmiqyaslı planlarını açıqlayıb
Dünya
146
19:55, Bu gün

ABŞ nüvə silahı ilə bağlı genişmiqyaslı planlarını açıqlayıb

ABŞ Hərb Nazirliyi ölkənin nüvə triadasını modernləşdirmək məqsədilə nüvə silahı və onların daşıyıcı sistemləri üzrə sınaqlar keçirməyi planlaşdırır.

Moderator.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib.

"Biz nüvə silahını və onların daşıyıcı sistemlərini digərləri ilə bərabər sınaqdan keçirəcəyik", - deyə o qeyd edib.

Nazir xatırladıb ki, nüvə triadasının modernləşdirilməsi tapşırığını Donald Tramp verib və hazırda bu məsələ Vaşinqtonun İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışdığı bir vaxtda daha aktual xarakter alıb.

Onun sözlərinə görə, ABŞ sabitliyi təmin etmək və eskalasiyanı idarə etmək üçün əlavə fəaliyyət variantları hazırlayacaq.

Bundan əvvəl Pentaqon 2027-ci il üçün ABŞ-ın nüvə kompleksinin maliyyələşdirilməsinin artırılması ilə bağlı müraciət edib. Müvafiq sənəddə qeyd olunub ki, bu addım Vaşinqtona strateji rəqibləri caydırmağa və ölkənin milli maraqlarını qorumağa davam etməyə imkan verəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər