Gürcüstan parlamenti Nazirlər Kabinetinin tərkibində yeni vəzifənin təsis edilməsini nəzərdə tutan "Hökumətin strukturu, səlahiyyətləri və fəaliyyət qaydaları haqqında" qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Dəyişikliklərin lehinə 84, əleyhinə isə 10 deputat səs verib.
Qəbul edilmiş qərara əsasən, hökumətdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə dövlət naziri vəzifəsi yaradılacaq. Bu postu Mamuka Mdinaradzenin tutacağı artıq məlumdur. O, əvvəllər Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə rəhbərlik edib. Mdinaradze həmçinin hökumətdə baş nazirin müavini funksiyalarını da icra edəcək.
Parlamentin sədri Şalva Papuaşvili iclasda bildirib ki, Mdinaradze artıq sabahdan vəzifəsinin icrasına başlayacaq.