Fransa Malidəki vətəndaşlarını ölkəni təcili tərk etməyə çağırdı
Dünya
188
18:47, Bu gün

Fransa Malidəki vətəndaşlarını ölkəni təcili tərk etməyə çağırdı

Fransa Xarici İşlər Nazirliyi (XİN) Malidə olan vətəndaşlarını bu ölkəni mümkün qədər tez tərk etməyə çağırıb.

Moderator.az bildirir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda bildirilib.

Fransa XİN bu tövsiyəni aprelin 25-də ölkənin bir sıra bölgələrində baş verən silahlı toqquşmalardan sonra təhlükəsizlik sahəsində qeyri-sabitliyin davam etməsi ilə izah edib. Fransa vətəndaşlarına kommersiya uçuşları ilə ölkədən çıxmaq tövsiyə edilib.

Malidə qalanlara isə nazirlik yaşayış yerlərini tərk etməməyi, qohumları ilə əlaqə saxlamağı və hakimiyyətin məlumatlarını yaxından izləməyi məsləhət görüb. Fövqəladə hallarda Fransa vətəndaşlarına baş konsulluğa müraciət etmələri tapşırılıb.

Xatırladaq ki, aprelin 25-də Mali Ordusunun Baş Qərargahı Bamako da daxil olmaqla hərbi obyektlərə hücumlar barədə məlumat verib. Daha sonra ölkə hakimiyyəti müdafiə naziri Sadio Kamaranın öz iqamətgahına edilən hücum zamanı həlak olduğunu bəyan edib. Keçid dövrü prezidenti Assimi Qoita silahlı qruplaşmalar tamamilə zərərsizləşdirilənə qədər onlara qarşı mübarizənin davam etdiriləcəyinə söz verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər