20:23
9°C
Bakı
Bir kişi Londonun şimalında, yəhudi icmasının yaşadığı rayonda bıçaqla iki nəfəri yaralayıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Məlumata görə, hadisə Qolders-Qrin rayonunda baş verib. Hücum edən şəxs elektroşokdan istifadə edən polislər tərəfindən saxlanılıb.
Zərərçəkənlərin vəziyyəti barədə hələlik məlumat yoxdur.
Nəşrin məlumatına görə, insanlara sinaqoqun qarşısında hücum olunub.