Qəzza zolağının şimal hissəsində 14 kilometrlik yeraltı tunellər məhv edilib və təxminən 70 terrorçu öldürülüb.
Moderator.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL - IDF) öz "Telegram" kanalında məlumat verib.
Məlumata görə, son aylarda 252-ci Diviziyanın komandanlığı altında Şimali Briqadanın qoşunları və İsrail Müdafiə Qüvvələrinin "Yahalom" bölmələrinin qoşunları Qəzza zolağının şimalında, xüsusilə də "Sarı xət"dən (İsrailin yeni ayırıcı xətt kimi istifadə etdiyi, SAXAL-ın təhlükəsizlik və nəzarət zonasını göstərən şərti sərhəd) şərqdə yerləşən Beyt-Xanun rayonunda HƏMAS-ın yeraltı terror infrastrukturunun məhv edilməsi üzrə məqsədyönlü əməliyyat həyata keçirir.
"Əməliyyat çərçivəsində briqadanın qoşunları "Yahalom" bölməsinin qoşunları ilə birlikdə təxminən 14 kilometrlik yeraltı tunelləri məhv edib. Tunellərin içərisində yaşayış məntəqələri və böyük silah anbarı aşkarlanıb.
Briqadanın qüvvələri bu ərazidə terror infrastrukturunu məhv etməyə davam edir", - deyə məlumatda bildirilib.