19:51
13°C
Bakı
Böyük Britaniyanın Baş naziri Kir Starmer İrandakı müharibənin krallıqda yaratdığı iqtisadi təsirləri ilə bağlı aprelin 28-də "Kobra" fövqəladə hökumət komitəsinin iclasını keçirəcək.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Sabah mən müharibənin təsirlərinə dair "Kobra" iclasına rəhbərlik edəcəyəm. Bu böhran zamanı zəhmətkeşlərin yanında olacağımızı təmin etmək məqsədilə İngiltərə Bankının mütəxəssislərini də prosesə daxil edəcəyəm. İran məsələsində sizinlə razılaşmalıyam, çünki reallıq odur ki, bu vəziyyətin iqtisadi fəsadları hələ uzun müddət özünü hiss etdirə bilər", - deyə baş nazir bildirib.