Tramp miqrantların kabusuna çevrilən qurumun adını
Dünya
274
16:00, Bu gün

Tramp miqrantların kabusuna çevrilən qurumun adını "Gözəl" qoymaq istəyir

Donald Tramp ICE (İmmiqrasiya və Gömrük Mühafizəsi) xidmətinin adının daha "müsbət" səslənən adla dəyişdirilməsinə tərəfdar çıxıb.

Moderator.az məlumat verir ki, siyasətçi bu barədə özünün "Truth Social" şəbəkəsindəki səhifəsində qeyd edib.

ABŞ prezidenti ICE təşkilatının adının NICE (Milli İmmiqrasiya və Gömrük Mühafizəsi) kimi yenidən adlandırılmasını irəli sürən "Facebook" postunun ekran fotosunu yayımlayıb. Sözügedən qısaltma ingiliscə "gözəl" mənasını verən sözə bənzəyir, indiki qısaltma isə "buz" deməkdir. Tramp məsələyə münasibətini "Möhtəşəm ideyadır! Gəlin bunu edək" sözləri ilə ifadə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər