Ərdoğan:
Dünya
262
22 Apr 2026 | 23:20

Ərdoğan: "İran-ABŞ qarşıdurmasının nəticələri daha ağır ola bilər"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə telefon danışığı aparıb.

Moderator.az xəbər verir ki, görüş zamanı Türkiyə-Almaniya münasibətləri, həmçinin regional və qlobal gündəmdəki məsələlər müzakirə olunub.

Ərdoğan bildirib ki, İranla ABŞ arasında baş verən qarşıdurma artıq Avropaya da mənfi təsir göstərməyə başlayıb və bu prosesə sülh yolu ilə müdaxilə olunmasa, nəticələri daha ağır ola bilər.

O, həmçinin qeyd edib ki, Türkiyə həm İran məsələsində, həm də Rusiya-Ukrayna müharibəsində diplomatik danışıqlar yolu ilə münaqişələrin sona çatdırılması və davamlı sülhün təmin olunması üçün səylər göstərir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər