23:16
11°C
Bakı
"Nestle" şirkətinin "NAN" markalı 9.7 ton həcmində uşaq qidası partiyası Ermənistanda təhlükəli hesab olunaraq məhv edilib.
Moderator.az TASS-a istinadən xəbər verir ki, buna səbəb Rusiyadan alınan laboratoriya ekspertizasının nəticələrinə əsasən, uşaq qidası üçün tez həllolunan quru süd və süd turşusu qarışıqlarının partiyalarında təhlükəli toksinin olma ehtimalıdır.
Xatırladaq ki, daha əvvəl "Nestle" 25 ölkədə uşaq qidasının bir neçə partiyasının, o cümlədən SMA, BEBA və NAN uşaq qarışıqlarının geri çağırıldığını elan etmişdi.
Buna səbəb onlarda zərərli bakteriyaların, ürəkbulanma və qusmaya səbəb olan toksinin olma ehtimalıdır.