ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail Vaşinqtonun İrana qarşı hərbi əməliyyat başlamaq qərarına təsir göstərməyib.
Moderator.az xəbər verir ki, bu barədə o, "Truth Social"da bildirib.
"İsrail heç vaxt məni İranla müharibəyə başlamağa razı salmayıb - bunu 7 oktyabrın (2023-cü il - HƏMAS-ın İsrailə hücumu) nəticələri, eləcə də İranın heç vaxt nüvə silahına malik olmamalı olduğuna dair mənim çoxdankı iddialarım etdi", - o yazıb.
Tramp, həmçinin KİV-i kəskin tənqid edərək, dərc olunan məlumatların əhəmiyyətli hissəsinin, o cümlədən müxtəlif sosioloji sorğuların əsaslı olmadığını bildirib. O iddia edir ki, onların dediklərinin 90%-i yalan və uydurmadır, sorğular isə "2020-ci il prezident seçkilərinin saxtalaşdırıldığı kimi" saxtalaşdırılıb.
"Medianın danışmağı sevmədiyi Venesueladakı nəticələrdə olduğu kimi, İrandakı nəticələr də heyrətamiz olacaq - və əgər İranın yeni liderləri ağıllı olsalar, ölkənin böyük və firavan gələcəyi ola bilər!", - o əlavə edib.