Məşhur Hollivud aktyoru vəfat etdi - FOTO
Dünya
164
21:05, Bu gün

Məşhur Hollivud aktyoru vəfat etdi - FOTO

Amerikalı aktyor Patrik Maldun 57 yaşında dünyasını dəyişib.

Moderator.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.

Məlumata görə, aktyorun ölümünə səbəb ürək çatışmazlığı olub.

Patrik Maldun 27 sentyabr 1968-ci ildə Los-Ancelesdə anadan olub. O, "Days of Our Lives" serialındakı rolu ilə məşhurlaşıb. 1997-ci ildə isə "Ulduz desantı" filmində leytenant Zander Barkalou rolunu canlandırıb. Film kult status qazanaraq onun yaradıcılığında mühüm yer tutub.

Karyerası ərzində Maldun dram, melodrama, fantastika və döyüş janrlarını əhatə edən 50-dən çox filmdə çəkilib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər