20:30
12°C
Bakı
Macarıstanda parlament seçkisində qalib gələn "Tisa" partiyasının lideri Peter Madyar Anita Orbanı xarici işlər naziri təyin edib.
Moderator.az-ın Macarıstan KİV-ə istinadən xəbərinə görə, bu barədə Madyar bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, gələcək hökumətdə bir sıra əsas vəzifələrlə bağlı qərarlar artıq qəbul edilib.
Andraş Karman maliyyə naziri, İştvan Kapitanya iqtisadiyyat və energetika naziri, Jolt Heqeduş isə səhiyyə naziri olacaq.
Romul Rusin-Sendi müdafiə naziri, Laslo Qaydos ətraf mühit naziri, Şabolts Bona isə kənd təsərrüfatı və qida iqtisadiyyatı naziri təyin edilib.