21:47
11°C
Bakı
ABŞ Prezidenti Donald Tramp razılaşma əldə olunmadığı təqdirdə, İranla iki həftəlik atəşkəsin uzadılma ehtimalının çox az olduğunu deyib.
Moderator.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.
Bundan başqa, Tramp razılaşma əldə olunana qədər Hörmüz boğazının blokadada qalacağını vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl "Tasnim"ə danışan iranlı mənbə ABŞ-la danışıqlara əsas maneənin dəniz blokadası olduğunu və İranın danışıqlarda iştirak etməməsi ilə bağlı qərarda dəyişiklik olmadığını bildirib.