Tramp İranın üzərinə çox sayda bomba yağdırmaqla hədələdi
Dünya
398
18:57, Bu gün

Tramp İranın üzərinə çox sayda bomba yağdırmaqla hədələdi

"Əgər atəşkəs müddəti bitdikdən sonra ölkələr razılığa gələ bilməsələr, İranın üzərinə çox sayda bomba yağacaq".

Moderator.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp PBS telekanalına müsahibəsində bildirib.

Aprelin 20-də danışıqların ikinci raundu üçün hər iki ölkənin nümayəndə heyəti Pakistana gəlməlidir.

D.Tramp özünün "Truth Social" platformasındakı paylaşımında yazıb ki, İsrail onu İranla müharibəyə başlamağa sövq etməyib, 7 oktyabr 2023-cü il tarixli hadisələr isə onu Tehranın nüvə silahına malik olmamalı olduğuna inandırıb.

Xatırladaq ki, Vaşinqton və Tehran arasında müvəqqəti atəşkəs aprelin 8-də bağlanıb və onun müddəti aprelin 22-də başa çatır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər