22:56
11°C
Bakı
İranda vurulan ABŞ raketlərinin fraqmentləri onların texnologiyasından istifadə etmək üçün öyrəniləcək.
Moderator.az xəbər verir ki, bu barədə İran ordusunun "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfiqari sosial şəbəkə hesabında məlumat verib.
"Ələ keçirilən ABŞ raketlərinin fraqmentləri ətraflı texniki təhlil və əks mühəndislik üçün mütəxəssislərə təhvil verilir. İran uzun illər ərzində öz PUA-larını yaratmaq üçün əks mühəndislik metodundan istifadə edib. O cümlədən vurulmuş və ya ələ keçirilən ABŞ pilotsuz uçuş aparatları fəal şəkildə öyrənilir", - deyə ordu rəsmisi bildirib.