İran vurulan ABŞ raketlərinin fraqmentlərini tədqiq edir
Dünya
208
18:27, Bu gün

İran vurulan ABŞ raketlərinin fraqmentlərini tədqiq edir

İranda vurulan ABŞ raketlərinin fraqmentləri onların texnologiyasından istifadə etmək üçün öyrəniləcək.

Moderator.az xəbər verir ki, bu barədə İran ordusunun "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfiqari sosial şəbəkə hesabında məlumat verib.

"Ələ keçirilən ABŞ raketlərinin fraqmentləri ətraflı texniki təhlil və əks mühəndislik üçün mütəxəssislərə təhvil verilir. İran uzun illər ərzində öz PUA-larını yaratmaq üçün əks mühəndislik metodundan istifadə edib. O cümlədən vurulmuş və ya ələ keçirilən ABŞ pilotsuz uçuş aparatları fəal şəkildə öyrənilir", - deyə ordu rəsmisi bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər