20:56
12°C
Bakı
Çin lideri Si Cinpin Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinin təmin edilməsinin vacibliyini bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə Çinin "Sinxua" agentliyi məlumat yayıb.
Bildirilib ki, bazar ertəsi Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, eyni zamanda Baş naziri Məhəmməd bin Salman əl-Səud arasında telefon əlaqəsi baş tutub. Söhbət əsnasında Çin rəhbəri Hörmüz boğazı vasitəsilə ənənəvi keçid rejiminin qorunub saxlanılmasının önəmini xüsusi qeyd edib.