Türkiyədə məktəb yaxınlığında silah səsləri eşidildi -  VİDEO
Dünya
374
17:30, Bu gün

Türkiyədə məktəb yaxınlığında silah səsləri eşidildi -  VİDEO

Türkiyənin Adana şəhərində orta məktəb yaxınlığında eşidilən silah səsləri çaxnaşmaya səbəb olub.
 
Moderator.az bu barədə İHA-ya istinadən xəbər verir.
 
İddiaya görə, Seyhan rayonunun mərkəzindəki Gürselpaşa məhəlləsində yerləşən Yavuz Səlim adına orta məktəbin ətrafında silah səsləri eşidilib. Şagirdlər qorxu içində məktəbi tərk ediblər, valideynlər məktəbə gəliblər. Hadisə yerinə polis qrupları göndərilib, silah səsləri ilə bağlı araşdırmalara başlanılıb.
 
Hadisənin məktəblə əlaqəsi olmadığı müəyyən edildikdən sonra şagirdlər sinif otaqlarına qayıdıblar.
 
Xatırladaq ki, bu yaxınlarda Şanlıurfa və Kahramanmaraşda silahlı insident ölən və yaralıların olması ilə nəticələnmişdi.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər