Türkiyənin Kahramanmaraş və Şanlıurfa bölgələrində məktəblərə edilən hücumlarla bağlı 249 şübhəli şəxs saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, təhsil ocaqlarına hücumlarla bağlı araşdırmalar Kahramanmaraş və Şanlıurfa prokurorluqları tərəfindən diqqətlə və əhatəli şəkildə aparılır. Məlumata görə, sözügedən hadisələrlə bağlı qadağan olunmuş kadrları paylaşan şəxslər müəyyən ediliblər.
"Aparılan araşdırmaların bir hissəsi olaraq 72 bölgədə ümumilikdə 661 hesab sahibi barəsində istintaq başladılıb. Onlardan 68 nəfər həbs edilib, 127 nəfər barədə məhkəmə nəzarəti tədbiri, beş nəfər haqqında isə Uşaqların Müdafiəsi Qanununa əsasən tədbir görülüb. 117 nəfər azadlığa buraxılıb və ailələrinə təhvil verilib. 95 nəfərin saxlanılması və şəxsiyyətinin müəyyən edilməsi üçün səylər davam edir. Bundan əlavə, hazırda 249 şübhəli şəxs hazırda nəzarət altında saxlanılır, 1 104 sosial media hesabına giriş bloklanıb", - deyə idarədən bildirilib.

Ölkənin təhlükəsizliyini təhdid edən, məktəbləri hücumların hədəfi kimi göstərərək narahatlıq yaradan çoxsaylı hesab sahibləri müəyyən olunub.
Rəsmi məlumata görə, 275 məktəbi hədəf alan 389 hesab istifadəçisi müəyyənləşdirilərək nəzarətə alınıb və onların barəsində hüquqi proseslər davam etdirilir.