ABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilir
Dünya
241
12:45, Bu gün

ABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilir

ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Keş Patel "The Atlantic" jurnalını məhkəməyə verəcəyini açıqlayıb.

Moderator.az xəbər verir ki, o bu barədə "X" hesabında məlumat verib.

Qeyd olunub ki, nəşrin onun mütəmadi olaraq işə çıxmamasını və həddindən artıq spirtli içki qəbul etməsini iddia etməsi Patelin səbir kasasını daşdırıb.

"Sizinlə və saxta xəbərlər yayan bütün komandanızla məhkəmədə görüşərik", - deyə Patel qeyd edib.

Öz növbəsində, FTB direktorunun köməkçisi Erika Nayt da həmin platformada iddia qaldırılacağını təsdiqləyib.

Qeyd edək ki, "The Atlantic" jurnalı cümə günü öz mənbələrinə istinadən dərc etdiyi məqalədə bir çox FTB əməkdaşının K.Patelin xüsusi xidmət orqanının rəhbəri vəzifəsindən istefa verəcəyini ehtimal etdiyini bildirib. Nəşrin məlumatına görə, Patel tez-tez iş yerində olmur, alkoqoldan istifadə edir, xidməti nəqliyyat vasitələrindən, o cümlədən təyyarədən şəxsi məqsədləri üçün həddindən artıq çox yararlanır. Qeyd olunur ki, bəzi həmkarları FTB rəhbərinin davranışını dövlət təhlükəsizliyinə təhdid kimi qiymətləndirirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər