Hörmüz boğazının açılmasına baxmayaraq, ABŞ İranın dəniz blokadasını davam etdirəcək
Dünya
306
18:00, Bu gün

Hörmüz boğazının açılmasına baxmayaraq, ABŞ İranın dəniz blokadasını davam etdirəcək

İrana qarşı dəniz blokadası qüvvədə qalacaq.

Moderator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

O qeyd edib ki, Hörmüz boğazı tamamilə açıqdır, ticarət və tam keçid üçün hazırdır.

Tramp bildirib ki, lakin bununla belə, İrana qarşı dəniz blokadası tam qüvvədə qalacaq.

“Bu, İranla razılaşmamız 100% tamamlana qədər davam edəcək. Bu proses çox cəld şəkildə irəliləməlidir. Maddələrin çoxu artıq razılaşdırılıb”, - Tramp vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər