“Belə bir mühitdə heç kim güvəndə deyil” - Ərdoğan
Dünya
256
16 Apr 2026 | 23:01

“Belə bir mühitdə heç kim güvəndə deyil” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 152-ci Parlamentlərarası Birlik Baş Assambleyasında çıxış edərək mövcud beynəlxalq sistemin ciddi legitimlik böhranı ilə üz-üzə olduğunu bəyan edib.

Moderator.az “TRT Haber”ə istinadla xəbər verir ki, dövlət başçısı 155 ölkədən gələn nümayəndələrə müraciət edərək, 80 il əvvəl qurulan sistemin artıq öz etibarını itirmək həddində olduğunu vurğulayıb.

“Sağlam düşüncənin dayandırıldığı, diplomatiya və müzakirənin yerini silah, raket və bombaların aldığı bir mühitdə heç kim güvəndə deyil”, – deyə Ərdoğan bildirib.

O, xüsusilə Yaxın Şərqdəki hadisələrə diqqət çəkərək, dəhşətli statistikanı da paylaşıb.

Prezidentin sözlərinə görə, 2023-cü il oktyabrın 7-dən bəri 73 min fələstinli həyatını itirib, Qəzzada yaralananların sayı isə 172 mini keçib:

“İsrailin Livan və Fələstindəki hücumları nəticəsində 1 milyondan çox insan didərgin düşüb”.

Bundan başqa, dövlət başçısı Cənubi Qafqaz barəsində də danışıb:

“Cənubi Qafqazda sülh və rifahın hökm sürdüyü dinc gələcəyin inşası ilə bağlı atılan addımları təqdir edir və bunun bütün dünyaya örnək olmasını istəyirik”.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər