02:03
11°C
Bakı
ABŞ Prezidenti Donald Tramp İranla növbəti ikili sülh danışıqlarının bu həftəsonu baş tuta biləcəyini açıqlayıb.
Moderator.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu jurnalistlərlə söhbəti zamanı bildirib.
Tramp İranın ABŞ blokadası səbəbindən heç bir iş görə bilmədiyini vurğulayıb.
"Onların Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə avadanlıqları, heç nəyi yoxdur. Liderləri də daxil olmaqla hər şey yoxa çıxıb”, - deyə Tramp əlavə edib.