ABŞ generalı:
Dünya
341
19:00, Bu gün

ABŞ generalı: "Açıq dənizdə İran gəmiləri və tankerləri ələ keçiriləcək"

"ABŞ İranın sahil xətti və limanlarının blokadası çərçivəsində açıq dənizdə hərəkət edən İran gəmilərini, o cümlədən tankerləri ələ keçirməyi planlaşdırır".

Moderator.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keyn keçirdiyi mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, mühasirə milli mənsubiyyətindən asılı olmayaraq İran limanlarına daxil olan və ya oradan çıxan bütün gəmilərə şamil edilir:

"Amerika Birləşmiş Ştatlarının bu addımları Hörmüz boğazının deyil, birbaşa İranın sahil xəttinin və limanlarının blokadasını nəzərdə tutur. Əməliyyatlar həm beynəlxalq sularda, həm də İranın ərazi sularında həyata keçiriləcək".

O, həmçinin qeyd edib ki, mühasirə ilə yanaşı, birləşmiş qüvvələr İran bayrağı altında üzən və ya bu ölkəyə maddi cəhətdən dəstək verməyə çalışan istənilən gəmini fəal şəkildə təqib edəcəklər. Komitə sədri vurğulayıb ki, bura İran neftini daşıyan "kölgə donanması" gəmiləri də daxildir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər