Almaniya ordusunda anticasus tədbiri: İclaslara smartfonla girmək qadağan edildi
Dünya
312
18:50, Bu gün

Almaniya ordusunda anticasus tədbiri: İclaslara smartfonla girmək qadağan edildi

Rusiya və Çinin mümkün casusluq fəaliyyətləri ilə əlaqədar olaraq Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverin mərkəzi qərargahında şəxsi mobil telefonların istifadəsinə sərt məhdudiyyətlər tətbiq edib.

Moderator.az xəbər verir ki, bu məlumatı "Der Spiegel" portalı paylaşıb.

Məlumata əsasən, hərbi qulluqçulara gizli informasiyaların təhlil edildiyi iclaslara öz şəxsi cihazları ilə daxil olmaq qadağan edilib. Əsas diqqət Bundesverin döyüş qabiliyyəti, hərbi təlimlərin planlaşdırılması və qüvvələrin dislokasiyası barədə müzakirələrə yönəldilib. Bu cür toplantılardan öncə bütün şəxsi telefonlar dəhlizlərdə quraşdırılmış xüsusi şkaflarda kilidlənməlidir. Qeyd olunan tələb eyni zamanda məxfi sənədlərin mühafizə olunduğu iş otaqlarına da şamil edilir.

Almaniyanın Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, şəxsi mobil qurğular fişinq hücumları və ya müxtəlif tətbiqlər vasitəsilə casus proqramlarına çox asanlıqla tuş gələ bilər. Qurumun əməkdaşların şəxsi telefonlarına çıxışı və onları yoxlamaq imkanı olmadığı üçün bu cür kiberhücumlar uzun müddət gizli qala bilər. Məhz bu səbəbdən nazirlik şəxsi cihazları kəşfiyyat baxımından ciddi təhlükəsizlik riski kimi qiymətləndirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər